Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərblə çox pis münasibətlər Rusiya üçün hansısa iqtisad və siyasi kataklizmlər törədə bilər?


Politoloq: “Rusiya təkcə ABŞ, Qərb üçün yox, bütün dünya üçün bəlaya, təhlükəyə çevrilib”


ABŞ NATO ilə birlikdə Rusiyanı dünyanın bütün strateji nöqtələrindən çıxmağa məcbur edəcək”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ Dövlət Katibi vəzifəsinə namizəd olan Mayk Pompeonun “Rusiyaya qarşı sərt siyasət yürüdülməlidir”, fikrini PİA.AZ –a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Katibi vəzifəsinə namizəd olan Mayk Pompeo dünən bildirib ki, Rusiya ilə münasibətlərdə yumşaq siyasət dövrü artıq bitib: “Rusiya ABŞ-ın çoxillik yumşaq siyasəti sayəsində aqressiv davranmağa davam edir. İndi bu siyasət bitib. Prezident Trampın milli təhlükəsizlik strategiyası çox haqlı olaraq Rusiyanı bizim ölkəmiz üçün təhlükə kimi müəyyənləşdirib. Vaşinqton Ukrayna və Gürcüstanda Rusiya ekspansiyasına qarşı mübarizə aparan mərd, gənc kişi və qadınları silahlandırır”. Rusiya ABŞ üçün təhlükə yaradır və Rusiyaya qarşı sərt siyasət yürüdülməlidir”, deyə Pompeo vurğulayıb. Həmçinin M. Pompeo bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılmasını tələb edəcək.

Bu dönəmdən sonra ABŞ-Rusiya, ümumiyyətlə Qərb-Rusiya əlaqələrini necə proqnozlaşdırmaq olar və Qərblə çox pis münasibətlər çərçivəsində Rusiyanı hansısa iqtisadi və siyasi kataklizmlər gözləyə bilərmi? Ümumiyyətlə Qərblə münasibətləri normallaşdırmaq üçün Rusiya ilk növbədə hansı addımlar atmalıdır. Misal üçün, Rusiyanın Suriya və Ukraynadan geri çəkildiyi şəraitdə bu münasibətlərdə normallaşma ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərin öyrənib.



Qabil Hüseynli: “Bu günlərdə Suriyada ilk ABŞ-Rusiya toqquşması baş verə bilər və bu toqquşma baş verdiyi halda Rusiya ciddi iqtisadi-siyasi kataklizmlələ üz-üzə qalacaq”.


Rusiyanın özündə iqtisadiyyatın pisləşməsi nəticəsində maddi rifah halının xeyli aşağı düşəcəyini vurğulayan politoloq Qabil Hüseynli PİA.AZ-a açıqlamasında qeyd edib ki, Rusiya böhranlı və inqilabi şərait yarada biləcək bir dövrə qədəm qour. Politoloq bildirib ki, bu problemli dönəmdən Putinin asanlıqla çıxaca biləcəyini təxmin etmir:

“Əvvəla onu qeyd edim ki, Mayk Pompeo Rusiya haqqında düz fikirdədir, amma bir az fikirlərini tam ifadə etməyib. Çünki Rusiya təkcə ABŞ, Qərb üçün yox, bütün dünya üçün bəlaya, təhlükəyə çevrilib. Bu nöqteyi nəzərdən hesab edirəm ki,  Qərbin, xüsusən də ABŞ-ın Rusiyaya qarşı sərt siyasət yürütməsi tamamilə qanunauyğundur. 

Rusiyaya qarşı yeridilən siyasət hələ ki, sanksiyalarla əhatə olunur. Amma onu da vurğulayım ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalar Rusiyanı ciddi şəkildə silkələyib. Sanksiyalara görə Rusiya iqtisadiyyatı ciddi böhran içərisindədir. Həmçinin Rusiyaya böyük investisiyalar yatırmış şirkətlər ölkəni tərk edib gedir və bu proses davam edir. Bir sözlə demək olar ki, Rusiya bütün dünyada təklənir. 

Qabil Hüseynli: “Rusiyanın bütün maraqları dünyanın əleyhinə yönəldiyinə görə, Rusiya siyasi kursuna ciddi dəyişiklik etməlidir”.


Hesab edirəm ki, ABŞ NATO ilə birlikdə Rusiyanı dünyanı bütün strateji nöqtələrindən çıxmağa məcbur edəcək. Bu proses Suriya ilə başlayacaq və digər ölkələrdə başa çatacaq. Həm də Rusiyanın özündə iqtisadiyyatın pisləşməsi nəticəsində maddi rifah halı xeyli aşağı düşəcək. Rusiya böhranlı və inqilabi şərait yarada biləcək bir dövrə düşəcək. Bu problemli dövrdən də Putinin asanlıqla çıxacağını təxmin etmirəm. Beləliklə də, ABŞ düşməni olan Rusiyanı çökdürmək üçün başladığı siyasətini mütləq həyata keçirdəcək. Bu prosesi ABŞ müttəfiqləri ilə birlikdə başa çatdıracaq. Hadisələr bu istiqamətdə inkişaf edir. Bu günlərdə Suriyada ilk ABŞ-Rusiya toqquşması baş verə bilər və bu toqquşma baş verdiyi halda Rusiya ciddi iqtisadi-siyasi kataklizmlələ üz-üzə qalacaq.

Rusiya ilk olaraq bu vaxta qədər etdiklərini etməməlidir. Yəni Rusiya başqa dövlətlərin işinə qarışmamalıdır. İşğal etdiyi torpaqları – Gürcütsan, Ukrayna torpaqlarını geri qaytarmalıdır. Suriyada vəziyyəti gərginləşdirən addımlardan imtina etməlidir. 

Həmçinin Azərbaycanda Dağlıq Qarabağ probleminin həllinə əngəllər yaratmamalıdır. Ən başlıcası isə Rusiya dünyanı soyuq müharibə dövrünə gətirib çıxarmamalıdır. Rusiyanın bütün maraqları dünyanın əleyhinə yönəldiyinə görə Rusiya siyasətinə ciddi dəyişiklik etməlidir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar