Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərblə “soyuq müharibə“ Rusiyaya ağır zərbə vurub



Rusiyanın bu ilin yanvar ayı ərzində neft ixracatından əldə etdiyi gəlirin 2014-ün eyni dövrünə görə 42 faiz nisbətində düşərək, 7,854 milyard dollara gerilədiyi bildirilir


Rusiyanın neft ixracatı həcm olaraq artsa da, rublun dəyər itirməsi ixracat rəqəmlərində əks olunub.

Türkiyədə çıxan "Hürriyet" qəzeti yazır ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatlarına görə, neft ixracatı həcmində isə 8,5 faiz artım olub və bir il əvvəlki 18,107 milyon ton yerinə 19,641 milyon tona çatıb. Ixrac həcmindən əldə edilən gəlirlərin 323,9 milyon dolları MDB ölkələrinə, 7,53 milyard dolları isə digər xarici ölkələrin payına düşüb. MDB ölkələrinə ixracatda 2,5 qat eniş olduğu qeyd edilir. Ötən il MDB ölkələrinə 830,2 milyon dollarlıq ixracat edildiyi, digər xarici ölkələrə edilən ixracatda ötən ilə görə 40 faiz eniş olduğu bildirilir. Ötən il bu ölkələrə 12,639 milyard dollarlıq neft ixrac edilib.

Gəlir 41 faiz azalıb

Rusiyanın təbii qaz ixracatından əldə etdiyi gəlir miqdarı 41,5 faiz nisbətində azalıb və 4,021 milyard dollar olub. MDB ölkələrinə təbii qaz ixracatı 25% enişlə 4,6 milyard kubmetr, digər xarici ölkələrə edilən qaz ixracat 30,8 faiz enişlə 9,9 milyard kubmetr olub. "Qazprom"un bu dövr içərisində qaz ixracatını 28,8 faiz azaltması 14,6 milyard kub metrə saldığı də qeyd edilib. Ötən il 20,5 milyard kubmetr təbii qaz ixrac edilib.

Rusiyanın yanvar ayında alüminium ixracatı ötən ilin eyni ayına görə 20,5 faiz nisbətində artıb, nikel isə 19 faiz nisbətində düşüb, mis ötən ilin səviyyəsində qalıb. 

Dizel yanacağı ixracatı gəlirləri 15,7 nisbətində artaraq 2,812 milyard dollar olub. 

Benzin ixracatından gəlirlər 26 faiz azalaraq 199,5 milyon dollar olub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar