Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərəzli Avropa və qərb mediası qarşısında obyektiv türk xəbəri


Türk dünyasının indi hər zamankından daha artıq birliyə ehtiyacı var. Qazaxıstanın paytaxtı Astana şəhərində 4 türkdilli ölkə - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzaladı


Bu, türk dünyasında ümumi informasiya məkanının qurulması istiqamətində atılan ilk mühüm addım sayıla bilər. Məqsəd regionda, həm də dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının yaradılmasıdır.

Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək. PA rəsmisi qeyd edib ki, birgə kanalın yaradılması regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək.

Bu gün türkdilli dövlətlərin vahid informasiya məkanının qurulmasına hər zamankından daha artıq ehtiyac yaranıb. Media sahəsində türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi və operativ addımların atılması indi çox aktualdır.
Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyib. Azərbaycan türkdilli dövlətlərlə informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi qazanc gətirmək üçün iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

İnformasiya müasir dünyanın ən güclü silahıdır. Bu baxımdan onun idarə edilməsi ilə bağlı bir çox hallarda gizli savaşlar aparılır. Məhz informasiyanın ictimai fikrə təsiri gücünü nəzərə alan bəzi dairələr bir çox hallarda onun idarə olunmasında təbii mahiyyətindən deyil, qərəzli, sifarişli, subyektiv formalarından istifadə edirlər. Necə ki, biz bunu hazırda bir sıra Avropa və Qərb mətbuatının fəaliyyətində görürük. Düşünürəm ki, Beynəlxalq Türk Xəbər Kanalı yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzu artacaq.

Azərbaycan son illərdə Avropa və Qərbin bir sıra media qurumlarının qərəzli kampaniyalarına tuş gəlib. Xüsusilə də, Azərbaycanın böyük layihələrə imza atdığı dönəmlərdə biz bu halların şahidi oluruq. Ölkə barədə ancaq qara rəngdə kampaniya aparan Avropa media qurumları informasiya siyasətini birtərəfli qaydada aparmağı sanki bir normaya çeviriblər.

Analoji halla Türkiyə də qarşılaşır. Belə ki, müəyyən dairələr "lazımi zamanlarda" medianın dili ilə Türkiyəni subyektiv mövqelərlə tənqid etməklə, beynəlxalq aləmdə ölkə haqqında yanlış rəy formalaşdırmağa çalışırlar. Təbii ki, bütün bunlar məqsədli şəkildə edilir.

Bu gün qonşu Türkiyədə baş verən çox ciddi proseslərə bir çox hallarda göz yuman Avropa və Qərb rəsmiləri ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün istənilən ələ düşən "fürsəti" fövtə vermirlər. Ən sadə məntiqlə isə bu, qərəzdən başqa bir şey deyil.

Məhz çox vacib olan bu məqamlar vahid türk xəbərinin dünya informasiya məkanında yer alması zərurətini ortaya çıxarır. Hesab edirəm ki, bu istiqamətdə atılan önəmli addım yaxın gələcəkdə qərəzli Avropa və Qərb mediası qarşısında obyektiv türk xəbərinin reallaşdırılmasında ciddi təkan rolunu oynayacaq. Türk xəbəri isə dünya informasiya məkanında türkdilli dövlətlərin yaşadığı reallıqların dünyaya çatdırılmasında rupora çevriləcək.(Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar