Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırmızı xətlər



Elkin Xəlilov yazır


Dünən Beynəlxalq Qadın Hüquqları günü idi. 

Dünən Azərbaycanda, həm də gözümüzün qabağında araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs edildi.

Beynəlxaq Qadın Hüquqları günündən təsadüfən bəhs etmədim.  Bu, tarix olaraq keçmişimizlə bağlı çox önəmli bir hadisədir...

Prezident İlham Əliyevin Avropa Şurasında dediyi kimi, Şərqdə ilk dəfə qadına seçki hüququ verən  ölkə olmuşuq.  Hətta bir çox Avropa ölkələrindən də öncə qadınlara bu hüquq bizdə verilib. 

Düzdür, bəlkə də, o dövrdə Azərbaycan qadınlarının çoxunun bu hüquq haqqında heç bir anlayışı olmayıb. Heç bilməyiblər səs vermək nədir... Yəni bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, Şərqin ilk demokratik ölkəsi - Azərbaycan Xalq Cumhuriyyəti qadınlara bu hüquq tanıdı... 

Mövzudan uzaqlaşmayaq. Ötən gün Azərbaycan hakimiyyəti heç bir əsas olmadan  Xədicə İsmayılı həbs etdi. 

İllərdir,  qəzetlərdə, saytlarda, televiziyalarda, milli-mənəvi dəyərdən danışan, mental dəyərləri əllərində bayraq edənlər isə  Xədicə İsmayılın həbsinə sevinirdilər. 

Bəlkə də, onlardan hansısa bir dəyərə hörmət etməyi gözləmək sadəlövlükdür. Amma necə deyərlər, oğrunu mənzilinə kimi qovmaq lazım. 

İlk dəfə bu hakimiyyət elə Xədicə İsmayıla qarşı qırmızı xətti keçdi. Evinə gizli kamera quraşdırıb, yataq görüntülərini yaydılar. Ondan sonra atası həbsdə ola-ola Nərgiz Yaqublunu həbs etdilər. Bundan sonra Kəmalə Bənəniyarlının yataq görüntüsünü yaydılar. Daha sonra yaşlı, xəstə Leyla Yunusu həbs etdilər. Və nəhayət, növbə yenidən Xədicə İsmayıla çatdı... 

İttiham isə absurd olduğu qədər gülməli: “Siçan dərmanı”.

Bu qədər qırmızı xətti keçməyə nə ehtiyac vardı? İllərdir, danışdığınız dəyərlər hara getdi? Bu qədər pulun, neftin, milyardın qarşılığında bir qadını həbs edəcək qədər acizsinizmi? 

Hətta kirminal kinolarda belə, qadına-uşağa toxunmurlar. Amma sizlər bu baryeri asanlıqda keçdiniz. 

İntiqam Əliyevi oğlunun doğum günündə, Tofiq Yaqublu həbsdə olanda qızını həbs etdiniz. Leyla Yunusu tualetinə keşikçi qoydunuz…

Hər bir hakimiyyətin dövründə həbslər olub, olur, olacaq... Bunlar artıq siyasi hadisələrdir. Amma qırmızı xətlər həm sizin, həm də bu ölkənin gələcəyi üçün önəmlidir. Bəli, artıq qırımızı xətti keçmisiniz, “yaşıl işıq”da isə “yol” görünmür...

Həyatımız daha da ağırlaşanda

yer üzündə şirin su çatışmayanda

ozon dəliyi bir az da yekələnəndə

qış daha soyuq 

yay cəhənnəm əzabı 

yeməklər dadsız

insanlarsa ətiacı olanda

yenə,…yenə də 

qadınlar çatacaq dadımıza…

ardını özünüz tapın  (c) (Rasim Qaraca )

P.S Yazı dünən yazılıb, texniki xəbəblərdən bu gün dərc olunur. 

P.S.S Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. (qaynar.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar