Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qısır yaradılmış velosiped zavodundan reportaj - Video


Yəqin ki,hər bir ölkə vətəndaşının yadında olar
.Bu informasiya hər kəsin baş-beynini dəng etmişdi


Televiziyaları açırdın velosiped zavodu haqqında KİV, sosial şəbəkələr az qala dağılırdı.

Hakimiyyətin mərkəzdəki və yerlərdəki qulbecərənləri gecə-gündüz velosiped zavodunu mədh etməklə məşğul idilər. Rayonda rəhbərliyin bütün keçirdiyi iclaslarda velosiped zavodu açılacaq və rayonumuzda işsizlərin sayı kəskin azalacaqdır deyərək insanları arxayın edirdilər.Hətta rəhbərlik son vaxtlara kimi belə fikir ilə çıxış etmişdir ki,güya bir qrup gənc hazırda xaricdə velosipedlərin istehsalı ilə bağlı kurslara cəlb olunmuşdur.Bütün bunlar yekunda yalan çıxdı.Dövlət başçısı bu ilin avqust ayında İsmayıllıya səfəri zamanı zavodun lentini kəsərək açılışını həyata keçirdi.
 
***
Ancaq prezident geri Bakıya çatmamış zavodun bütün işçiləri evlərinə göndərildi.Onlara deyildi ki,zavod hələ ki,işləməyəcək,evlərinizə gedin özümüz çağıracağıq.Bundan sonra baş verənləri hər kəs kiv-də və sosial şəbəkələrdə izləyib.Zavod rəhbərliyi nədənsə həmişə kiv-lə əlaqədən yayınırdı.Günlərin birində Kend.info olaraq müdiri baş verənlər barəsində danışmağa razı saldıq.Onu da qeyd edirik ki,burada müdir Elnur Əliyev zavodun baş direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi özünü təqdim edir və maksimum çalışır ki,ölkə rəhbərliyinin raportlarını malalasın.Burada açıqca yalanın səsləndiyi məqamı tutmaq olur.Məsələn,Qafqazın ən böyük zavodunda əlli (50) nəfər işçi işləyəcək.İkinci yalan heç kim xaricdə kursa cəlb olunmayıb.Göründüyü kimi zavod rəhbərliyi,həm ölkə rəhbərliyini,həm də rayon rəhbərliyini pis vəziyyətdə qoyur.
 
***
Əsas məsələ bundan ibarətdir ki,deyilənlər barəsində fikirləri dəyərli izləyicilərimiz zavod müdiri Elnur Əliyevin dilindən eşidəcək.Buyurun qısır yaradılmış velosiped zavodunun müdirini dinləyin.
 
Redaksiyadan:Yenidən qarşı tərəfi dinləməyə hazırıq.(kənd.info)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar