Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl-zinət əşyaları oğurlayan dilənçi qadın tutulub


Mingəçevir şəhərində mənzildən qızıl-zinət əşyaları oğurlayan qadın tutulub


Şəhərin Energetiklər qəsəbəsinin sakini Həsənov Xaləddin Çingiz oğlu ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mənzildən iki ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük oğurlayıb. Ev sahibi ona ümumilikdə 4000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsindəki 145 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Kərimova Zarina Ramiz qızı saxlanılıb. Məlum olub ki, Zarina Kərimova Yevlaxda yaşayan qaraçılardandır və Mingəçevirə dilənmək üçün gəlib. O, evdə heç kimin olmadığını görərək, mənzilə girib və qızıl-zinət əşyalarını oğurlayıb. Qadın əməlini etiraf edib.
 
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar