Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl Xaçdan Dilqəm və Şahbazla bağlı diaspora sədrinə cavab


Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətinə rəsmi cavab verib


Qurumdan Lent.az-a verilən məlumata görə, komitə prezidenti  Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edir və müraciətdə qeyd edilmiş məsələləri ciddi və xüsusi diqqətlə oxuduğunu, qeyd olunan məsələləri diqqətdə saxlayacağını bildirmişdir. 

O, Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələrinin davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə ciddi maraqlandığını, müalicə və müayinəsini xüsusi nəzarətdə saxladıqlarını məktubunda bildirmişdir. Ayrıca hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar getdiyi üçün bu danışıqların gizlilik anlaşmasına xüsusi riayət etdiklərinə görə girovların azadlığı ilə bağlı və bu məsələyə aid danışıqların  tam detalları ilə bağlı açıqlama verə bilməyəcəyini təəssüflə məktubda qeyd etmişdir.

“Mən çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində biz hər iki şəxslə bağlı müsbət nəticələrin əldə olunmasına nail olacağıq” deyə məktubda Peter Maurer qeyd etmişdir.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev hər iki girovumuzla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdi. Müraciətdə hər iki girov heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın məhkəmə orqanının çıxardığı qeyri qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilmiş, girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu qeyd olunmuş, girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatlardan Ermənistan hakimiyyətinə təzyiq göstərməyə səsləmişdi.
Qeyd edək ki, bir neçə gün öncə Avropa İnsan Haqları komissarı Nils Muiznieks də müraciətə reaksiya vermiş , məsələni şəxsi icraatına götürdüyünü bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar