Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızılın qiyməti 7 həftəlik minimuma enib

Dünya bazarında qızılın qiyməti son 7 həftənin minimal səviyyəsinə - 1 217,50 dollar/unsiyaya enib


"Report" xəbər verir ki, qızılın qiymətinin enməsinə əsas səbəb ABŞ-da açıqlanan yeni inşa olunan evlərin satış həcminin kəskin artması amili olub.

ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət tendensiyası investorlarda Federal Ehtiyat Sisteminin (FES) iyun və ya iyul iclasında uçot dərəcəsini artırması ehtimallarını gücləndirib. Bu da heç bir gəlir gətirməyən alternativ yatırım aləti olan qızıl aktivlərindən çıxışı sürətləndirib.

"Hər şey FES-in iyun ayında faiz artırmasına bağlıdır", - deyə "Mitsubishi Bank"ın analitiki Conatan Batler bildirib. Keçən həftə açıqlanan FES protokollarına görə, iyunda artım ehtimalları yüksəlib: "Bu, təbii ki, qızıl üçün yaxşı deyil. Çünki dollar yüksəlib, ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliyi artıb. Buna baxmayaraq, hazırda qızıl ilin əvvəlindəki qiymətindən 15% yüksək satılır".

"Societe General"dan Robin Bar isə qeyd edib ki, investorlar qlobal iqtisadi qeyri-müəyyənliyə görə qızıl aktivində son 5 ilin ən maksimal uzun mövqeyindədirlər. Lakin son vaxtlar onların öz mövqelərini bağlamağa başladıqları müşahidə edilir - bazarda qızıldan əldə edilmiş gəlirlərin fiksasiyası baş verir. Qeyd edək ki, ABŞ-ın törəmə maliyyə aktivləri üzrə nəhəng şirkətlərindən biri olan "CME Group" FES-in uçot dərəcəsini iyulda artırması ilə bağlı gözləntilərini 60%-ə, iyun üçün isə 38%-ə yüksəldib.

"Report"un analitik qrupu qızılın unsiyasının 1 250 dollara qədər yüksəldikdən sonra 1 150 dollara qədər enəcəyini proqnozlaşdırır. Uzun müddətdə isə qızılın 900 dollar/unsiyaya qədər enməsi ehtimalı qüvvədə qalır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar