Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızmar yayın səhra siyasəti


Bizə elə gəlir ki, siyasət də havadan asılıdır. Əgər istidirsə yalnız dənizə getmək olar. Amma dünyada elə proseslər var ki, onlara diqqət yetirməmək, bu hadisələri izləməmək mümkün deyil


 Bu mənada onsuz da həmişə diqqətdə olan, heç bir vaxt arxa plana keçməyən Yaxın Şərq münaqişəsi yenidən siyasi gündəmin ön cərgəsinə keçdi.

Amma əvvəlcə bir siyasi illüziya haqqında danışmaq istərdik. O illüziya haqda ki, ona uzun müddət inanmışdıq. Söhbət soyuq müharibədən və onun 20-ci əsrin böyük etnik və ərazi münaqişələrinə təsirindən gedir. 

Soyuq müharibənin bitməsini bir çox problemlərin çarəsi bilirdik. Güman edirdik ki, soyuq müharibənin bitməsi Yaxın Şərq, ərəb-İsrail münaqişəsinə də təsirini göstərəcək. Hətta bu təsiri müjdələyən bir neçə yazı da yazmışdıq.

Amma gümanımız düz çıxmadı. Soyuq müharibə bitdi, dünya hətta növbəti soyuq müharibə haqda danışmağa başladı, amma peyğəmbərlərin torpağına-Yaxın Şərqə dinclik və rahatlıq, sülh və əmin-amanlıq gəlmədi. 

Məlum oldu ki, ərəb-İsrail münaqişəsi yalnız böyük güclərin, böyük dövlətlərin iradəsinin məhsulu deyil, bu münaqişədə elə ciddi məqamlar var ki, onların aradan qaldırılması münaqişə iştirakçılarının özündən, onların xoş məramından asılıdır... 

Bəzən həmin məntiqlə düşünürük ki, Qarabağ problemi də sırf Rusiyanın iradəsinin məhsuludur. Təbii ki, belə gümanlara varmaq üçün müəyyən əsaslar var və bu məntiq siyasi reallıqdan tamam kənarda da deyil.

Amma dəfələrlə elə situasiyalar yaranıb ki, münaqişənin həllinin ölü nöqtədən tərpənməsi imkanı olub, bunun üçün yalnız münaqişə iştirakçılarının, xüsusən də Ermənistanın xoş iradə göstərməsinə bir ehtiyac olub. Amma bu, baş tutmayıb, alınmayıb, çünki xoş iradə nümayiş etdirmək istəyi olmayıb.

Sözsüz ki, keçmiş SSRİ-nin və indi də Rusiyanın bir çox münaqişələrin yaranmasında və inkişafında müəyyən rolu var və olub. Ən azı indi Ukraynanın şərqində cərəyan edən proseslər buna sübutdur. Amma bəzi hallarda münaqişədə olan xalqların iradəsi hər şeydən üstündür. Onlar isə bu iradəni nümayiş etdirmirlər...
Yaşı çoxdan yarım əsri keçmiş Yaxın Şərq münaqişəsinə baxanda da görürsən ki, hələ dialoq və kompromis məntiqi tərəflərə hakim kəsilməyib. Tərəflər hələ də qəbul edə bilmirlər ki, bu münaqişənin yaranmasına gətirib çıxaran tələblər çərçivəsində onun həllini axtarmaq tamam mənasız işdir, hamı həmin tələblərdən bir addım geri çəkilməli və kompromis haqqında düşünməlidir. Amma bu, hələki alınmır. 

Nəticədə nə baş verir? Bu torpaq heç kimə-nə fələstinlilərə, nə də yəhudilərə xoşbəxtlik gətirmir. Hər iki tərəfdə insanlar hər an terrorun, raket hücumunun qurbanı olmaq qorxusu altında yaşayırlar. 

İsrailin bir şəhərini göstərirdilər. Toya toplaşmış insanlar həyəcan siqnalını eşidən kimi gizlənməyə yer axtardılar. Bir neçə il bundan əvvəl orta statistik azərbaycanlıya bunu duymaq çətin olardı. Amma indi bunu azərbaycanlılardan yaxşı duyan xalq tapmaq çətin olardı – ona görə ki, Ermənistanla sərhəd rayonlar daim atəş altında olur, böyüklər və uşaqlar daim ölüm təhlükəsilə üzbəüz olurlar.  

Bu münaqişədə hansısa tərəfə haqq qazandırmaq, ona üstünlük vermək fikrindən uzağıq. Amma bəzi detalları qeyd etməyə məcburuq. Münaqişə yeni fazaya qədəm qoymaq ərəfəsində fələstinlilər çox nikbin görünür, hətta HAMAS-ı özlərinin xilaskarı adlandırırdılar. Bir ara atəşkəs də elan olundu, amma cəmi altı saat çəkdi.
İndi İsrail Qəzzada yerüstü əməliyyatlara başlarkən müsəlman dünyasında bir həyəcan hiss olunur. Düşünürük ki, HAMAS-ın da istədiyi elə bu idi. 
Münaqişənin həlli İsrailin dövlət kimi mövcud olmaq hüququnun etirafından, Qüdsə münasibətdən və bir də siyasi radikallıqdan çəkinməkdən keçir. 
Qüdsün fələstinlilər üçün də nə qədər önəm kəsb etdiyinin fərqindəyik. Amma dini baxışlara görə ərəblər və yəhudilər qohum millətlərdir. 
Qüds həm də hər iki tərəf üçün sakral məzmun kəsb edir. Hətta bu, bir qədər mistikləşmiş münasibətdir. Bəzən bu mistika sərhəd tanımır-bir dəfə bir ciddi İsrail müəllifinin yazısından oxuduq ki, Qüds Allahla təmasda bulunmaq üçün Yer üzərində ən əlverişli yerdir! 

Kim bilir? Bəlkə də belədir? Amma müqəddəslərdən hamıya pay düşür...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar