Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal məsələ


“Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz”
(Məhəmməd Əmin Rəsulzadə)


Ermənistanda Nikol Paşinyan adlı tip hakimiyyəti ələ keçirəndə bəziləri, hətta bizim azərbaycanlı dostlarımız, həmkarlarımız da ona təriflər yağdırmışdı. Guya o demokratdır, liberaldır, erməniləri rusların əlaltısı olmaqdan uzaqlaşdırıb qərbpərəstə çevirəcəkdir və sairə və ilaxır bu kimi cəfəngiyyatlar... Burada, əlbəttə, bizim milli natamamlıq kompleksimizin, dövlətçilik və demokratiya işlərində süddən yanıq olmağımızın da rolu var idi, biz həmişə qıraqda nə olsa tərifləyərik. Bir növ, daxildə əldə edə bilmədiklərimizin guya bu yolla acığını çıxırıq, gözümüzün qurdunu öldürürük.

Ancaq Nikol müəllim elə hakimiyyətinin ilk günlərindən klassik erməni siyasətçisi olduğunu, oradakı köhnə hamamda köhnə tasın deşiyini qətiyyən yamamaq fikrində olmadığını göstərdi. Azərbaycanın işğal edilmiş ərazilərinə münasibəti, Qarabağa səfəri, oğlunu müharibə zonasına əsgərliyə göndərmək populizmi və sairə detalları nəzərdə tuturam. İndi bu tipə nə cür demokrat demək olar? Başqa xalqa faşist münasibət bəsləməklə öz xalqın üçün demokrat ola bilərsənmi? Yox. Mümkün deyildir. Bütün insanların qardaş olması, insan hüquqlarının dövlətlərdən üstün sayılması artıq 70 ilə yaxındır beynəlxalq konvensiyalarda əksini tapıbdır. Qonşunun evindən oğurluq edib öz evində rahat olmaq artıq insanlıqdan kənar anlayışdır.

Konvensiyalardan söz düşmüşkən, çoxdan yazmaq istədiyim bir məsələni yazım. Bizdə adətən hansısa siyasi problem olanda deyirlər ki, nə edə bilərik, xalq özü bu zülmə dözür, xalq dəyişmək istəmir, insanlar bu şəraitə layiqdirlər və sairə. Kökündən yanlışdır. Çünki bəşəriyyət 2-ci dünya savaşından sonra beynəlxalq insan haqları konvensiyalarını qəbul edərkən elə bunu əsas götürdülər ki, artıq sən guya könüllü olaraq belə köləlik etməyəsən. Guya öz xoşunla qaz kamerasına getməyəsən. Loru dildə desək, adam işgəncə altında, müəyyən qorxu ilə zülmü sevdiyini açıqlasa da buna qarşı olmalıyıq. Mən hakimiyyəti formalaşdırmaq hüququm olmadığı ilə barışa bilərəm, ancaq bu, mənə qarşı beynəlxalq cinayət sayılacaqdır. Mən oxumaq istəmədiyimi deyə bilərəm, ancaq məni təhsildən uzaq qoyanlar günahkar olacaqlar. Mən dahi partiya naminə ac qaldığımı deyə bilərəm, ancaq beynəlxalq ictimaiyyət buna qarşı çıxmağa borcludur və sairə. (Düzü, əmin deyiləm fikirlərimi çatdıra bildimmi. Hər halda bu da bir cəhd idi).

“Yeni” erməni liderinin militarist hərəkətlərinə bizim XİN-in münasibətində bir cümlə oxudum: “Paşinyanın hərəkətləri müharibəyə çağırışdır”. Vay səni... Gör nə alçaq adamdır... Stalin haqda bir anekdotda deyilən kimi, müharibə aparır, ancaq bizə xəbər vermir. Məncə biz ermənilərin bu müharibə çağırışlarına cavab verməyək, çünki sülhsevər millətik. Bizim öz milli dəyərlərimiz vardır. Üstəlik, onsuz yavaş-yavaş, xırda-xırda torpaqlarımızı işğaldan azad edirik. Bir gün Cəbrayılda, bir gün Naxçıvanda... Bir də gördün Qazax tərəfdə Əskipara dərəsini də almışıq. Hətta sürəti bərk götürüb arada Borçalıdan, Dərbənddən, İrandan-Turandan da nəsə geri alarıq. Əsas səbrli olmaqdır. Hər şeyin zamana ehtiyacı vardır – rəhmətlik Elçibəyin sözüylə desək. Sözgəlişi, bu yaxında Elçibəyin Mərdəkanda bağ sahəsinin olması, ordakı evin yanması haqda informasiya oxuduq. Şəxsən mənim üçün yeni xəbər oldu. Bəs deyirdilər bəyin heç nəyi olmayıbdır? Bu bağ evi hardan çıxdı? Qorx ki, axırda hamının hər şeyinin olduğu, ara yerdə millətin Qarabağ yorğanının əldən sürüşdüyünü öyrənək.

Bir də sevindirici haldır ki, ermənilər Qarabağda bizə qarşı döyüşən bütün general-menerallarını vaxtaşırı tutub zindana salırlar, vurub öldürürlər. Qisasımızı alırlar – bu da bizim müdrik səbr siyasətimizin bəhrəsidir. Son günlər Manvel Qriqoryanı da tutub basıblar. Bu yaramaz Qarabağın cənubunda saysız hərbi cinayət törətmişdi, hətta savaşdan sonra evində azərbaycanlı uşağı əsir saxlayıb işlədirmiş. Biz deyəndə bu tip cinayətkardır, qəbul eləmirdilər. İndi nə oldu? Deməli insan haqları sərhəd tanımır. Başqa xalqlara zülüm edən əvvəl-axır öz millətinə də pislik edəcəkdir.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar