Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qobustanda şagird şagirdi bıçaqlayıb


Qobustan rayon A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında bıçaqlanma hadisəsinin olması barədə məlumat yayılıb


Məlumata görə, məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi  Rauf Ağaquliyevlə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Qeyd olunub ki, yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun  vəziyyətinin ağır olduğu bildirilir.

Modern.az saytı məsələnin aktuallğını nəzərə alaraq məktəbin direktoru İmran Sabitovla  əlaqə saxlayıb.  O, saytımıza açıqlamasında heç bir bıçaqlanma hadisəsinin olmadığını deyib.

“Son zəng” tədbirini bu dəqiqə yekunlaşdırdıq. Səhər saat 8-dən məktəbdəyəm. Məktəbdə elə bir hadisə baş verməyib. Görünür, kimsə yanlış məlumat yayıb. Adı keçən Rauf Ağaquliyev  11-ci sinfi bitirir. Üzərində məzun lenti var. Hazırda şagirdlərlə şəkil çəkdirir. Belə bir hadisə olsa biz də bilərik. Rauf uşaqların arasındadır”.

Qobustan rayon təhsil şöbəsinin müdiri Füzulıi Gülalıyev də A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma ilə bağlı açıqlama verib.

F.Gülalıyev "Report"a bildirib ki, məktəbin 10-cu sinif şagirdi V.Şəhriyarovu bıçaqlayan şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb: "Hadisə səhər saat 8 radələrində məktəbdən kənarda baş verib. Məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyev "Son zəng" tədbirində iştirak etmək üçün səhər məktəbə gələrəkən Vüsal Şəhriyarovla yolda aralarında mübahisə yaranıb. Nəticədə Rauf Vüsala bir neçə bıçaq zərbəsi vurub. Vüsalın vəziyyəti hazırda normaldır. Rauf isə polis əməkdaşları tərəfindən saxlanılıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar