Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoca “Çinar”


Krakovda universitetlərdə imtahanlar bitmişdi, tələbələr evlərinə qayıtmağa hazırlaşırdılar


Yataqxanada yaşayanlar bu il işlətdikləri soyuducu, ütü və s. kimi əşyaları depoya verirdilər ki, gələn il bir də istifadə edə bilsinlər. Nəysə ukraynalılardan biri soyuducu aparırdı, gözüm soyuducunun markasına sataşdı, gördüm, kiril əlifbası ilə “Çinar” yazılıb. 

Elə bil, “Çinar” mənə qırx ildir qohumunu görməyən adamın həyəcanını verdi. Başladım həvəslə danışmağa ki, bəs bu soyuducu Bakıda istehsal olunub, bizim soyuducudur. Düzünü deyim ki, Polşada Azərbaycan istehsalı olan bir əşyanın qabağıma çıxacağını düşünmürdüm. Texnologiyada nə qədər geridə olduğumuz məlumdur, üstəlik, soyuducu istehsalında o qədər nəhəng şirkətlər varkən, düşünün ki, birdən-birə qarşınıza “Çinar” çıxır. Çox sevinmişdim, amma qədərindən çox sevincli görünüb hamının təəccübünə səbəb olmamaq üçün “Çinar”dan uzaqlaşdım. Qorxdum ki, birdən bir alman çıxıb deyəcək ki, soyuducudur da, elə bil Azərbaycan istehsalı olan peyk görmüsən. 

Ölkədən kənara çıxanda Azərbaycan istehsalı olan bir şey görmək, demək olar ki, mümkün deyil. Əslində bəlkə də sevincimin əsas səbəbi vaxtilə bu mövzuda dostlarla yaşadığım çətinlik oldu. Gürcüstanda iştirak elədiyim bir təlimdə hər ölkəyə bir gün verdilər ki, təqdimat eləyək. Biz də özümüzlə bir şey aparmamışdıq deyə mağazaları axtarmalı olduq. İştirakçılar hərəsi öz ölkələrinə aid nəsə tapdı, biz də bir xeyli axtarandan sonra əlimizə ancaq Lənkəranda qablaşdırılmış “Məryəm” çayı keçdi. Hər kəs öz ölkəsinə aid bir neçə məhsul aldı amma biz təkcə çay, o da heç təqdimatda yaramadı. Neyləyəsən, təqdimata neft çıxartmaq olmaz. 
Deyilənə görə, xarici ölkələrə balıq kürüsü-zad ixrac edilir, amma biz elə şeylər görmürük, görsək də yəqin baha olar, ala bilmərik. 

Bəzən adamın qarşısına xalça çıxır. Krakovda bir xalça mağazasında girişdəki ilk xalçanın üstündə Azərbaycan yazısı görüb sevindiyim də olub. Amma dünyada bu məsələdə yerimiz elə zəif səviyyədədir ki, adam yalnız ayda-ildə görülən antikvar şeylərə sevinir.
Niyə belədir sualının cavabı sadədir, istehsalat yoxdur. Büdcənin əsas hissəsi neftdən gələn gəlirdən ibarətdirsə, hansı istehsaldan danışmaq olar. Buraxdıqları da hamısı keyfiyyətsiz məhsullar. Məsələn, mənə maraqlıdır ki, Azərbaycan fabriklərində istehsal olunan şokoladları kim yeyir. Bu kimi məhsulların bu qədər keyfiyyətsiz və zəif istehsal olmasının səbəbi məlumdur. Əminəm ki, şokolad bazarında kimsə inhisar yaradıb, deyiblər ki, şokoladı ancaq filan şirkət istehsal etməlidir. 

Yadımdadır, bir dəfə ölkədə xaricdən gətirilən “ice-tea” içkiləri yoxa çıxmışdı. Soruşurdun, deyirdilər, yoxdur, gömrükdən buraxmayıblar. Üç il əvvəl yayda xarici istehsal olan dondurmalar yoxa çıxdı. Soruşduq, eyni cavabı verdilər, gömrükdən buraxmayıblar. Hər iki aktda məqsəd keyfiyyətsiz malları istehlakçıya sırımaq idi. Məsələni bilənlər deyirdi ki, bu ləngitmə ilə həmin şirkətlər satışdakı boşluğu doldurur. Çünki xaricdən mallar gələndə kimsə yerlilərə fikir vermir. 

Yerli istehsalçıların məqsədi nə yolla olur-olsun qoyduqları pulu çıxarmaqdır. Xülasə, Azərbaycan nəinki öz vətəndaşları üçün, heç xaricə çıxarılası bir şey istehsal etmir. Vətəndaş da mənim kimi, ölkəsinə aid antikvar bir şey görəndə sevinir, onun da haqqında danışmağa qorxur ki, deyəcəklər, öyündüyü şeyə bax, dünya hardadır, siz harda.(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar