Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçov SSRİ-ni NATO-ya necə satıb? - Məxvi arxiv


Rusiya prezidenti Vladimir Putin NATO-nun SSRİ-ni aldatdığını və alyansın “bir santimetr də olsun” genişlənməyəcəyinə dair Mixail Qorbaçova verdiyi vədi pozduğunu dəfələrlə deyib


Putin Krımın Rusiya tərəfindən ilhaqını da NATO-nun onun ölkəsinin sərhədlərinə doğru yaxınlaşmasının qarşısını almaq səyləri ilə əsaslandırmışdı.

Britaniyanın “The Spectator” nəşri yazır ki, Rusiya siyasi elitası Qorbaçovun NATO-nun bu vədinə inanaraq Şərqi Almaniyadan sovet qoşunlarını çıxarılmasına və iki Almaniyanın birləşməsinə razılıq verdiyini deyirlər.

ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin də əlyazmalarında da NATO-nun Qorbaçova Şərqə doğru genişlənməmək vədi verdiyi göstərilir. C.Beykerin M.Qorbaçovla 1990-cı ildə baş tutmuş görüşdən olan qeydlərində deyilir ki, NATO-nun fəaliyyət sferasına Şərqə doğru genişlənmək daxil deyil.

Daha sonra C.Beyker Almaniya kansleri Helmut Kola “NATO-nun şərqə doğru bir düym də olsun genişlənməyəcəyinə dair sovetlərə vəd verdiyini” yazıb.

Ancaq SSRİ-nin dağılmasından sonra NATO Şərqə doğru genişlənmək üçün aqressiv kampaniya başlatdı və Şərqi Avropanın 10 ölkəsini öz sıralarına qəbul edərək Rusiyanın sərhədlərinə dirəndi. Daha sonra Ukrayna və Gürcüstanı da hədəf alaraq keçmiş SSRİ respublikalarına doğru genişlənməyi hədəf seçdi.

Ukraynadakı indiki böhranın arxasında da məhz bu genişlənmə planları dayanır və Rusiya alyansın genişlənməsinə qarşı cavab addımları atmaq haqqının olduğunu bildirir.

Bəs əslində necə olub? Doğrudanmı SSRİ-nin son illərində Qərb liderləri NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Qorbaçova vəd veriblər və indi bu vədi pozurlar?

Bir neçə il əvvəl Qorbaçov Fondunda araşdırma aparmış və SSRİ-nin ilk (həm də son) prezidentinin şəxsi arxivindəki sənədlərlə tanış olmaq imkanı qazanmış rus əsilli britaniyalı tarixçi Pavel Stroilov “The Spectator”dakı məqaləsində yazır ki, əslində NATO belə vəd verməyib. Əksinə, Qorbaçov NATO-nun genişlənməsi planlarına qarşı çıxmayıb və hətta SSRİ-ni də alyansa üzv etməyə hazır olduğunu bildirib.

P.Stroilov 2004-cü ildə Londondan sığınacaq alıb, bir neçə il əvvəl isə Qorbaçov Fondunda araşdırmalar aparıb. O, ötən il Qorbaçov Fondundan götürdüyü məxfi sənədlərin bir hissəsini açıqlamışdı.

P.Stroilov yazır ki, Putinin müşavirləri Qorbaçovun Qərb liderləri ilə NATO məsələsinə dair apardığı müzakirələrin stenoqramının açıqlanmasına qadağa qoyublar. Əslində isə həmin məxfi sənədlərdə NATO-nun heç vaxt SRRİ-yə belə vəd vermədiyi sübut olunur.

Qorbaçovun görüşlərindən hazırlanan əlyazmalara görə, sovet rəhbəri 1990-cı il, mayın 25-də Fransa prezidenti Fransua Mitteranla görüşündə “Şərqi Avropada bəzi səslərin Varşava Müqaviləsi Təşkilatından çıxmaq və NATO-ya qoşulmaq barədə” danışdığını xatırladır.

Daha sonra Qorbaçov deyir: “Mənim bu dəyişikliklərə şəxsi münasibətim dramatizmdən uzaqdır. Biz bu ölkələrin özlərinin seçdikləri sistemə malik olmaq, seçdikləri həyat tərzinə malik olmaq hüquqlarını tanımışıq. Qoy onlar öz həyatlarını seçsinlər və özləri istədikləri kimi qursunlar”.

Müəllif yazır ki, əgər Qorbaçov həmin vaxt NATO-nun genişlənməyəcəyinə dair təminat almaq istəsəydi, bunu asanlıqla edərdi. Əslində isə o, bunun tam əksini istəyirdi.

Məsələn, 1990-cı il, mayın 31-də Qorbaçov ABŞ prezidenti Corc Buşu belə əmin edirdi: “Mən sizin NATO-nun funksiyalarının dəyişdirilməsinə, bu təşkilata yeni üzvlərin cəlb olunmasına yönələn səylərinizi görürəm. Əgər siz alyansın yenidən formalaşdırılması və onun tədricən ümumavropa proseslərində siyasi ağırlıqlı mərkəzə çevrilməsi kursunda ciddisinizsə, əlbəttə, bu, başqa məsələdir. Ancaq bu zaman NATO-nun əsl açıq təşkilata çevrilməsi məsələsi ortaya çıxır, hansı ki, təşkilatın qapıları heç kimin üzünə bağlı olmayacaq. O zaman biz özümüz də NATO üzvlüyü barədə fikirləşə bilərik”.

1990-cı il, iyunun 8-də isə Qorbaçov Britaniyanın baş naziri Marqaret Tetçerə belə deyib: “NATO-da  və Varşava Müqaviləsi Təşkilatında islahatlar, habelə onların arasında razılaşmalar elə situasiya yaradır ki, istənilən ölkə bu və ya digər blokdan çıxıb o birinə girə bilər. Bəs birdən biz - SSRİ NATO-ya üzv olmaq istəsək, onda necə?”

Müəllif bu sənədlərə istinadən yazır ki, əslində Qorbaçovla Qərb liderləri arasında müzakirələrdə NATO-nun genişlənməməsindən yox, onun islahatlar nəticəsində siyasi təşkilata çevrilməsindən söhbət gedirdi. Bu vəd isə yerinə yetirilib və acınacaqlı nəticələrə gətirib çıxarıb.

“Soyuq müharibə dövründə NATO-nun üstünlüyü onun sırf hərbi blok olmasında idi. Yəni sən NATO-nun hansısa üzvünə hücum etsən, avtomatik olaraq qalan üzvlərlə də müharibə vəziyyətinə düşürsən. Hər şey sadə idi. Bu müəyyənlik SSRİ-ni çəkindirirdi və Avropada 40 ildən çox sülhü təmin etdi. Bu gün isə NATO məşvərət xarakterli çoxsaylı beynəlxalq təşkilatlardan birinə çevrilib. Bu təşkilat Latviya və ya Estoniyaya hücum olacağı təqdirdə nə edəcəyini açıq demək iqtidarında belə deyil. Putin əslində bilir ki, Qərb verdiyi sözə tam əməl edib, NATO təhlükəsiz, ziyansız təşkilata çevrilib və Rusiyaya təhdid təşkil etmir. Onun Rusiyanı cilovlamaq cəhdlərinin nəticələri isə bu gün Ukraynanın şərqində özünü göstərir” - deyə tarixçi yazır.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar