Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quba-Xaçmaz bölgəsi çaylarında sululuq normanı üstələyib


Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-40 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 43 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4, Bankədə 13 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 441 sm (2015-ci il sentyabrın 23-də 332 sm), Salyanda 293 sm (2015-ci il sentyabrın 23-də 130 sm), Bankədə 235 sm (2015-ci il sentyabrın 23-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 167 sm (2015-ci il sentyabrın 23-də 45 sm) təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar