Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu ABŞ Dövlət Departamentində görüşlər keçirib



Martın 30-da Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ABŞ Dövlət Departamentində Demokratiya, İnsan Haqları və Əmək Bürosunun xarici işlər üzrə məsul əməkdaşı Vendi Silvərmanla, Qafqaz məsələləri və regional münaqişələr üzrə ofisinin Azərbaycan bölməsinin rəhbəri Cinthiya Kookla, Enerji siyasəti üzrə bölmənin əməkdaşı Haley Raysla görüşüb


Musavat.com bu barədə xəbəri Q. İbadoğludan alıb. Onun dediyinə görə, Vaşinqtona səfəri çərçivəsində Q. İbadoğlu Amerikanın Azərbaycandakı keçmiş səfiri, Corc Mason Universitetinin Beynəlxalq əlaqələr, hökümət və siyasət məktəbinin professoru, Enerji araşdırmaları və siyasəti mərkəzinin direktoru Riçard Kozlarıçlə, Demokratiyanı Milli Himayə İnstitutunun prezidenti Karl Gerşmanla, Açıq Cəmiyyət Fondunun Avrasiya proqramın rəhbəri Jeff Qoldsteynlə, Demokratik aradırmalar üzrə beynəlxalq forumunun icraçı direktoru Kristofer Walkerlə, Dünya Demokratiya Hərəkatının rəhbəri Art Kaufmanla, Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin icraçı direktoru John Sullivam, proqram rəhbəri Lars Bonsonla, Avrasiya üzrə proqram direktoru Natalia Otel Belan və proqram direktorunun müavini David Markla, Medianı Dəstək Beynəlxalq Mərkəzinin baş direktoru Mark Nelsonla görüşərək , müzakirələr aparıb. 

O, səfər çərçivəsində ABŞ-ın Avrasiya üzrə aparıcı analitiklərinin qatıldığı Freedom House hüquq müdafiə təşkilatı, Milli Demokratiyaya Dəstək Fondu və Açıq Cəmiyyət İnstitutu tərəfindən təşkil edilmiş “Azərbaycan və Türkiyədə müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar” adlı tədbirdə iştirak edib, "Amerikasının səsi"nin Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan redaksiyasına və Fransanın məşhur "Le Monde" qəzetinə müsahibələr verib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar