Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Arif Hacılını hədələrə son qoymağa çağırdı


“Müsavat Partiyasında nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacağam və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacağam”


Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.

O, Müsavatda Məclis sədri və digər vəzifələrlə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən qeyd edib ki, yaxın zamanlarda heç bir seçkili orqanda vəzifə tutmaq niyyətində deyil: “Mən Müsavat Partiyasına mənafe üçün deyil, məfkurə uğrunda mübarizə üçün gəlmişəm. Odur ki, istənilən təklifin müzakirəsini məqbul hesab etsəm də, yaxın gələcəkdə partiyada heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq niyyətində deyiləm.

İndiki idarəçilik üsullarını və status-kvonun saxlanmasını səhv hesab etdiyimdən onun dəyişdirilməsinə, partiyanın nizamnamə normaları əsasında verilən dürüst və ədalətli idarə olunmasına çalışıram. Hazırda mənim üçün ən vacib məsələ son müşavirədə təqdim etdiyim barışıq naminə təkliflərin və oktyabrın 6-da partiya rəhbərliyinə verdiyim tövsiyələrin (Qubad İbadoğlu Müsavat Partiyasına 5 bəndlik təkliflər təqdim etdi) reallaşdırılmasıdır. Qarşı tərəfdən bu istiqamətlərdə müzakirələr gözləyirəm”.

Qubad İbadoğlu hər hansı partiya yaratmaq və ya başqa partiyaya getmək kimi bir istəyinin olmadığını da vurğulayıb. O, Müsavat rəhbərliyini hədə dolu çıxışlardan çəkinməyə çağırıb: “Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm.

Tərəfdarlarıma bir daha müraciət edərək onların partiyada qalıb yoluna davam etməyə, partiya rəhbərliyini də hikkə və hədə dolu çıxışlara son qoymağa, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar