Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Məclis sədrliyindən imtina etdi


“İsa Qəmbərin iştirakı ilə keçirilən toplantıda mənə Müsavat Məclisinin sədri olmaq təklif edildi, amma imtina etdim”


 Müsavat başqanlığa keçmiş namizəd, iqtisadçı alim Qubad İbadoğlu “Media forum” saytına açıqlamasında belə deyib.

Sentyabrın 27-də Müsavat Partiyasının 8-ci qurultayı keçirilib. Qurultayda Müsavatın beşinci başqanı İsa Qəmbərin səlahiyyət müddəti başa çatıb və partiyaya yeni başqan seçilib. Seçkinin rəsmi nəticəsinə görə, başqanlıq yarışında Arif Hacılı qalib gəlib. Qubad İbadoğlu ondan 28 səs az toplayıb.

Sentyabrın 30-da Qubad İbadoğlu müsavatçılara səslənərək onları oktyabrın 6-sı saat 15-də partiyanın mərkəzi qərargahında görüşə dəvət edib.

Oktyabrın 2-də “Media forum” saytına danışan Qubad İbadoğlu qeyd edib ki, Müsavat Partiyasının seçkili orqanlarında boş qalan yerlərə keçiriləcək seçkilərdə iştirak etməyəcək: “Müsavatın seçkili orqanlarında təmsil olunmaq və ya təyinat almaq niyyətində deyiləm. Bununla bağlı mövqeyimi açıqlamışam və mövqeyimdən geri çəkilən deyiləm”.

Qubad İbadoğlu oktyabrın 6-na təyin etdiyi toplantı haqda geniş danışmaq istəməyib: “Çünki görüşdə hansı qərarın qəbul ediləcəyi yalnız məndən asılı deyil. Toplantıya qədər məsləhətləşmələrimiz olacaq. Qərarımız da bir olacaq. Müsavatda fəaliyyətimiz davam edir. Bundan sonrakı mərhələdə də ümumi qərarımız olacaq və buna uyğun addımlar atacağıq”.

Sabiq namizəd qeyd edib ki, elmi-pedaqoji fəaliyyətini davam etdirəcək: “QHT sektorundakı fəaliyyətimi isə Müsavat Partiyasının qurultayına və başqanlığa namizəd olduğuma görə müvəqqəti dondurmuşdum. Elan etmişdim ki, Müsavatın qurultayı və başqanlıq yarışı yekunlaşanadək fəaliyyətimi dondururam və əgər başqan seçilsəm, QHT sektorundan istefa verəcəm.

Amma indi QHT sektorunda fəaliyyət göstərmək üçün şərait yoxdur, İqtisadi Tədqiqatlar Mərkəzi bağlanıb, işləmir. Avqustun 28-dən mərkəzin fəaliyyəti dayandırılıb. Həm mərkəzin bank hesabları, həm də mənim şəxsi bank hesablarım həbs altındadır. Hazırda yeganə fəaliyyətim elmi-pedaqoji fəaliyyətdir, Dövlət İqtisad Universitetində dərs deyirəm. Bir növ müəllim maaşı ilə dolanıram. İndən sonra da iqtisadi tədqiqatlarımı davam etdirəcəm, iqtisadçı ekspert kimi mətbuatla işləyəcəm və yeganə dolanışıq yerim olan pedaqoji işimi də həyata keçirəcəm. İqtisadi tədqiqatları hansısa donorun sifarişi əsasında və qrant çərçivəsində aparmıram, bunlar öz işimlə bağlıdır.

Bank hesablarım həbs altında olduğuna görə beynəlxalq təşkilatlarla işləmək imkanım da yoxdur. Çünki heç bir beynəlxalq təşkilat ödənişləri nağd formada həyata keçirmir, ödənişlərin hamısını bank köçürməsi ilə reallaşdırır”.

Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. İqtisadi Tədqiqatlar Mərkəzinin qurucusudur. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar