Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu müsavatçıları görüşə çağırdı


Müsavatın sonuncu – 8-ci qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu oktyabrın 6-sı saat 15-ə partiyanın mərkəzi qərargahına görüş təyin edib


“Media forum” saytının məlumatına görə, Qubad İbadoğlu “Facebuk” sosial şəbəkəsi vasitəsilə yaydığı müraciətində başqan seçkisində onu dəstək olan müsavatçılara səslənib: “Bilirsiniz ki, Müsavat bir dönəmin, bir kəsimin, bir şəxsin partiyası deyil. Odur ki, təklif edirəm qərarlarımızı verməmişdən əvvəl məsləhətləşmələr aparaq. Hər gün onlarla müsavatçı dostlarımızla, ziyalılarla, gənclərlə görüşlər keçirib fikir mübadiləsi edirik. Müzakirələrimiz göstərir ki, daha geniş formatda toplaşmağa ehtiyac var. Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, hər birinizi dinləmək, sizlərdən bu istiqamətdə fikirlər almaq və eyni zamanda mövqeyimizi bölüşmək, eləcə də növbəti addımlarımızı müəyyənləşdirmək üçün sizləri oktyabrın 6-da saat 15-də Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edirəm”.

Sentyabrın 27-də Müsavat Partiyasının qurultayında yeni başqan seçkisi keçirilib. Seçkinin rəsmi nəticəsinə görə, Arif Hacılı 228 səslə qalib gəlib, Qubad İbadoğlu 200 səslə ikinci olub, Tural Abbaslı isə 19 səs toplayıb.

Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. İctimai Təşəbbüslər Mərkəzinin sədridir. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar