Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu yenidən Koalisiyanın Əlaqələndiricisi seçilib

İctimai Birliklərin MSŞA Koalisiyasının növbəti Şura iclası keçirilib


PİA.AZ xəbər verir ki, 30 iyun 2016-ci il tarixdə Bakı şəhəri, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun ofisində Şura üzvü Əlövsət Sadıqlının sədrliyi ilə Ictimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyasının 157-ci iclası keçirilib. İclasda Koalisiya Şurasının 11 üzvündən 10-u iştirak edib. İclasda həmçinin MSŞT Katibliyinin baş mütəxəssis Ülviyyə Mehralıyeva, Təbii Resursların İdarəedilməsi İnstitunun Avrasiya Regionu üzrə direktoru Qalib Əfəndiyev də müşahidəçi statusunda iştirak edib. İclas zamanı öncə Monitorinq Qrupunun rəyinin müzakirəsi aparılıb. Monitorinq Qrupunun rəhbəri Çingiz Dadaşov rəyi təqdim edilib, Rəyin maddə-maddə müzakirəsi nəticəsində Monitorinq Qrupu tərəfindən tövsiyə olunmuş 1-ci, 2-ci və 5-ci müddələr üzrə müsbət qərar qəbul edilib, 3, 4, və 6-cı maddələri isə Şura tərəfindən qəbul olunmayıb.

İclasda iştirak edənlər Şuranın gələcək fəaliyyət prinsiplərinə dair Şura üzvü Sabit Bağırov tərəfindən hazırlanmış bəyanat layihəsini də müzakirə ediblər. Bəyanatda qeyd olunur ki, Koalisiyanın yeni seçilmiş Şurası öz fəaliyyətini MSŞT çərçivəsində quraraq bu zaman vətəndaş cəmiyyyəti protokolunu əsas götürəcək və eyni zamanda fəaliyyət göstrərərkən siyasi hakimiyyətdən və müxalifətdən eyni məsafədə dayanacaq.
İclasda Beynəlxalq İdarə heyətinin 01-02 iyun 2016-cı ildə Osloda kecirilmiş toplantısının nəticələrinə dair Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlunun məlumatı dinlənilib. Verilən məlumata görə, Oslo toplantısında İdarə Heyəti 01 iyul 2016-ci il tarixdən 15 üzv ölkənin, o cümlədən də Azərbaycanın qiymətləndirmədən keçirilməsinə dair qərar verib. Bununla əlaqədar olaraq iyulun 4-dən 8-dən Bakıya MSŞT Beynəlxalq Katibliyin rəsmi missiyası gəlir. 

Beynəlxalq İdarə Heyəti həmçinin növbəti iclasın oktyabrın 25-26-da Astanada keçirilməsinə və həmin iclasda da qiymətləndirmə hesabatlarının müzakirəsinə qərar verib. 
Çoxtərəfli Qrupun (ÇQ) son iclasının nəticələrinin müzakirə zamanı ÇQ üzvü Azər Mehtiyev növbəti 3 ildə MSŞT hesabatlarına rəy verəcək auditor şirkətinin, eyni zamanda 2017-ci ilin oktyabr ayındadək Benefisiar Sahiblik Məlumatlarının Açıqlanmasına dair Yol Xəritəsinin hazırlanması üçün hüquq, məsləhət xidmətləri göstərən şirkətin seçilməsinə dair iclas iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı o qeyd edib ki, ÇQ iclasında ötən iclasın gündəliyində müakirəsi nəzərdə tutulan 2015-ci il üzrə MSŞT Proqres Hesabatı nəzərdən keçirilib və onun təkmilləşdirilməsi təklif olunub, MHŞT tətbiq edən ölkələrdə ÇQ və Katibliyin strukturunun müqayisəli təhlilinə dair, eləcə də MHŞT tətbiq edən ölkələrdə elektron hesabatlılıq sistemi və Azərbaycanda tətbiqinin mümkünlüyü haqqında təqdimatların dinlənilməsi isə növbəti 4 iyul 2016-cı il tarixli iclasa saxlanılıb. ÇQ iclasında həmçinin qiymətləndirməyə hazırlıq çərçivəsində MSŞT Katibliyinin regional direktoru Dyveke Roqanın Bakıya nəzərdə tutulan 04-08 iyul tarixli səfəri də müzakirə olunub. 

Azərbaycan üçün Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci ildə təsdiq etdiyi İslahedici Planının icra vəziyyətinin müzakirəsi və qiymətləndirməyə hazırlıq məsələsinə dair aparılan fikir mübadilələrində qərara alınıb ki, MSŞT Katibliyinin regional direktoru Dyveke Roqanla Koalisiya Şurasnın yeni tərkibdə üzvlərinin görüşü iyulun 7-də saat 3-dən 5-dək Park İnn mehmanxanasında keçirilsin və İslahedici Planının icra vəziyyəti də orda müzakirə olunsun.

İclas zamanı Koalisiya Şurasının Əlaqələndiricisinin seçkisi ilə əladədar müzakirələr aparılıb və əvvəlcədən elan edildiyi kimi seçkilər keçirilib. Seçkidən öncə Koalisiya Şurasının Əlaqələndiricisinə dair Şura üzvü Sabit Bağırovun təklifləri müzakirə olunub və səsverməyə çıxarılıb, lakin əksəriyyət tərəfindən məqbul hesab edilməyib. Sonra isə Koalisiya Şurasının Əlaqələndiricisinin seçkisi ilə əlaqədar namizədlər irəli sürülüb. Şura üzvü Azər Rəsul Qubad İbadoğlunun, Məmmədhəsən Həsənov isə Sabit Bağırovun namizədliyini irəli sürüb. Səsvermə zamanı Qubad İbadoğlu Koalisiya Şurası üzvlərinin yarıdan çoxunun səsini qaznaraq Koalisiya Şurasının Əlaqələndiricisi seçilib.

Sonda şura MSŞA Koalisiyası MQ-nun üzvü Lətafət Məlikova barədə yayılan məlumatlardan narahatlığını ifadə edib və cari məsələlərdə təklif edilən digər məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar