Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğludan avtomobil yollarındakı sıxlığa münasibət

"Sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir"


Qubad İbadoğlu Bakı şəhərində avtomobil yollarındakı sıxlıq probemi ilə bağlı fikirlərini "facebook" səhifəsində izləyiciləri ilə paylaşıb.

PİA.AZ həmin yazını oxucularına təqdim edir:

"Statistik məlumatlara görə, San- Marinoda hər min nəfərə 1263 maşın düşür, ABŞ-da bu göstərici 1000 yaxınlaşır. 2015-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 117 ədəd təşkil edib. Bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə avtomobil idxalının yarıya qədər azalmasına baxmayaraq Bakı şəhərində avtomobil yollarında sıxlıq probemi hələ də tənzimlənməsi müşkül olan problem kimi aktuallığını saxlayır. 

Dünyanın böyük şəhərlərinə xas olan bu problemin həllinin müxtəlif yolları olsa da eyni ölkə daxilində avtomobillərin hərəkətinin bir ərazı vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir. Lakin, bəzi ölkələrdə bu problemin həlli üçün avtomobillərdə sərnişinlərin sayına məhdudiyyətlər qoyulması halları mövcuddur. 

Məsələn, Vaşinqtonda iş saatlarında paytaxta gedən və paytaxtdan gələn, sərnişinlərinin sayı 2 və ya 3-dən çox olan minik maşinları üçün ayrıca hərəkət zolağı vardır. Adətən bu zolağda sıxlıq müşahidə olunmur. Bu qayda bir tərəfdən bir avtomobildə daşınan sərnişinlərin sayının səmərliliyini, digər tərəfdən də ekoloji saglamlığı təşviq edir. 

Odur ki, Azərbaycanda da rayondan gələn minik avtomobillərinin Bakı şəhərinə daxil olmasını məhdudlaşdırmaq əvəzinə, avtomobildə daşınan sərnişinlərin sayının stimullaşdırılmasına yönələn tədbirlər həyata keçirmək məqsədə müvafiq olardı. İkincisi, iş günləri ilə istirahət günlərində hərəkət tənzimlənməsi fərqli qaydalarda aparılmalıdır. Dünyanın Nyu-York və Vaşinqton kimi böyük şəhərlərdə istirahət və bayram günləri maşınlar üçün nəzərdə tutulan bələdiyyələrə məxsus olan park yerlərində ödəniş haqqı alınmır. Bu da həmin şəhərlərdə hərəkətin proporsionallığına müsbət təsir göstərir. 

Nəhayət, sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir. Bunun üçün onların hərəkət marşrutlarının və dayanacaqlarının umumi istifadə olan yollardan ayrılması təcrübəsi də tətbiq oluna bilər".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar