Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğluna dəstək bəyanatı hazırlandı


Otuz altı Müsavat yetkilisi iqtisadçını dəstəklədi və partiyadaşlarını onu başqan seçməyə çağırdı


Müsavat Partiyası başqanlığına keçiriləcək seçkilərə sayılı günlər qalır. Partiyanın qırxa yaxın funksioneri sentyabrın 23-də bəyanat yayaraq namizədlərdən Qubad İbadoğlunu dəstəklədiklərini açıqlayıblar. 

PİA.AZ-a göndərilən bəyanatda bildirilir ki, Müsavat Partiyasının qurultayı təkcə Müsavat Partiyası üzvlərinin deyil, bütün Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir: “Bu qurultay həm də alternativ qaydada seçiləcək yeni partiya başqanı seçkiləri ilə əlamətdardır. Partiya başqanlığına seçkilərdə iştirak etmək üçün bu günə qədər dörd nəfərin namizədliyi qeydə alınıb. Hər bir namizəd bu post uğrunda mübarizəni haqq etmiş insandır. Seçki bir yarış olduğundan, həmin namizədlərin hər birinin partiya daxilində və cəmiyyətdə öz tərəfdarları və dəstəkçiləri var. Biz də Müsavat Partiyasının Azərbaycanda bərpa işlərinə rəhbərlik etmiş, bərpa müddətindən bu yana partiyanın tək başqanı olmuş İsa Qəmbərdən sonra partiyanı uğurla idarə edə biləcək namizəd olaraq Qubad İbadoğlunu görürük”,- deyə bəyanatda vurğulanır. 

Səbəb kimi isə onun Azərbaycan cəmiyyətində və onun hüdudlarından kənarda yüksək səviyyəli iqtisadçı, bir çox dəyərli araşdırmaların müəllifi olan bir alim kimi tanınması, siyasi intiriqa və konfiliktlərdən uzaq olması, fərqli fikrə dözümlü yanaşması göstərilir: “Cəmiyyətdə belə bir müsbət imicə məxsus olan bir şəxsin Müsavat Partiyasının başqanı seçilməsi cəmiyyətimizdə partiyanın nüfuzunun və tərəfdarlarının daha da artmasına səbəb olacaq. Müsavat PartiyasıAzərbaycanda olan digər mövcud  siyasi partiyalardan fərqləndirən mühüm cəhətlərdən biri də onun ölkəmizin ən ciddi problemlərindən çıxış yolları, ölkənin müxtəlif sahələrinin idarə edilməsi ilə bağlı proqram və konsepsiyalara malik olmasıdır. Bu proqram və konsepsiyaların böyük əksəriyyəti Qubad İbadoğlunun rəhbərliyi ilə hazırlanıb. Hesab edirik ki, Qubad bəy partiya başqanı seçildikdən sonra istər partiya daxilində olan, istərsə də bitərəf, siyasi proseslərdən uzaq durmağa çalışan mütəxəssisləri yeni proqram və konsepsiyaların hazırlanması işinə daha yaxından cəlb edəcək”.

Bəyanatda həmçinin Q.İbadoğlunun təşkilatçılıq və idarəetmə bacarığının Müsavat Partiyasını təşkilati baxımdan daha da gücləndirmək işinə yeni töhfələr verəcəyinə inam ifadə olunub: “Qubad bəy yaş və təcrübə baxımından elə bir səviyyədədir ki, o, həm partiyanın, həm cəmiyyətimizin ən gənc nəsli ilə yaşlı nəsli arasında körpü rolunu oynaya biləcək, hər iki nəslə mənsub insanları Müsavatçılıq ideyaları ətrafında toplaya biləcək bir insandır. Yeni perspektivli və intellektual gənclərin təşkilata axınını təmin etməklə təcrübəli, illər ərzində siyasi meydanda yetkinləşmiş partiya üzvlərinin gənc nəsillə birgə, koordinasiya olunmuş mübarizəsini təşkil edə biləcək”.

Bəyanat müəllifləri Q.İbadoğlunu indiki başqanın layiqli siyasi varisi hesab etdiklərini də vurğulayıblar: “Qubad İbadoğlu  yetkin bir şəxsiyyət, siyasi lider olaraq səbrli, təmkinli, dözümlüdür, hər bir insana, partiya yoldaşlarına qarşı diqqətcil və qayğıkeşdir. Bu mənada o Müsavat və Azərbaycan siyasi mühitinin lideri İsa Qəmbərin layiqli siyasi varisi hesab oluna bilər”. Bəyanatı imzalayanlar müsavatçıları seçkidə Q.İbadoğluna səs verməyə çağırıblar. Qeyd edək ki, bəyanatı 36 müsavatçı imzalayıb. Onlar əsasən başqanın müavinləri, müşavirləri, həmçinin Müsavat Divanının üzvləridir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar