Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada bir kəndin bütün evləri söküləcək – Foto


Dörd il əvvəl torpaq sürüşməsi nəticəsində Quba rayonunun Güləzi kəndində qəzalı vəziyyətə düşən bütün yaşayış evləri söküləcək.


Bunu Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov deyib.

Onun sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb.

Qeyd edək ki, 25 ailədən bir neçə nəfər hələ də kənddə yaşayır. Əsasən yaşlılar olan  bu sakinlər əkin-biçin işləri və maldarlıqla məşğul olurlar. Onlar bildiriblər ki, rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər cür şərait yaradılıb, infrastruktur qurulub. Lakin həmin qəsəbədə təsərrüfat işləri görmək üçün torpaq sahəsi kifayət qədər deyil.

 Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə bildirib ki, Güləzi kəndində qəzalı vəziyyətdə olan evlərdə yaşamaq təhlükəlidir. 

Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndində torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan çox ev dağılıb, kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.(APA)












Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar