31 iyul 2015-ci il tarixində Quba rayonunun Pirvahid adlanan ərazisindəki pay torpaqlarında yanğın hadisəsi baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən PİA.AZ-a verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.
pia.az