Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada manyak peyda oldu - Video


"Elə sürətlə qaçır ki, tutmaq olmur": Evləri daşlayıb oğurluq edən manyak kənd sakinlərini qorxuya salıb


Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edilib. 

Quba rayonunun Hacıhüseynli kənd sakinləri qəribə hadisə ilə üz-üzə qalıb. Gecə saatlarında naməlum şəxs yaşayış evlərinə daş atır. Kənd sakinləri nə qədər cəhd göstərsələr də nə həmin şəxsi tanıya nədə tuta bilməyiblər. Hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirir ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbristanlığında gözdən itib.

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.

Ayxanım Səfərova - kənd sakini: "Qapımız açıq idi, gördüm ki, kartofları, kompotları oğurlayıblar".

Dadaşbala Aslanov - kənd sakini: "Oğlum həyətdə telefonla danışarkən, topuğuna daş dəyib, ətrafa baxıb ki, heç kim yoxdur. Sonra da qonşuların damlarına daş atmağa başlayıb. Elə bil ki, idmançıdır, səkilərin üstü ilə tullana-tullana gedir.  Qara paltarlı, hündürboy bir adamdır. Elə sürətlə qaçır ki, tutmaq olmur".

Telman Aslanov - kənd sakini: "Daşı atıb, gözdən itir. Bir həftə bundan qabaq, səhər tezdən qapını təpikləyib qaçıb". 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür. (Region TV)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar