Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüds zirvəsində Qarabağ müzakirələri gözləntisi


Nəzərlər Türkiyəyə yönəlib, Qüds dərsindən sonra müsəlman ölkələri Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana yerini göstərəcəkmi?


Vyanada keçirilən AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşündən sonra Elmar Məmmədyarovun ümidsiz danışması 2018-ci ildə də Qarabağla bağlı razılaşmaya gəlinəcəyinə ümid yeri qoymur.

ATƏT-in Minsk Qrupunun həmsədri ABŞ-dan son danışıqları alqışladığı barədə açıqlama gəlsə də, əslində Ermənistanın davranışları alqışa layiq heç nəyin baş vermədiyini sübuta yetirir.

Görünən budur ki, böyük güclər Qarabağda irimiqyaslı hərbi əməliyyatların baş verməməsi üçün növbətçi görüşlərin keçirilməsinə çalışır və bunu “uğur” sayır. Aparıcı paytaxtlar status-kvonun təhlükəli olduğunu, aprel döyüşlərinin də növbəti dəfə hər an buzun sınacağına şübhə yeri qoymadığını anladıqları halda, yenə də problemin həll olunmadan gələcəyə daşınmasını daha optimal yol saymaqda davam edir.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin dedikləri də onu göstərir ki, Qarabağ məsələsinin fundamental həllinə maraq çox azdır. “2017-ci il Dağlıq Qarabağ münaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır”-Lukaşeviç deyib. Təsəvvür edin, bunlar təcavüzkara yerini göstərmək əvəzinə, Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanı danışıqlar masasına gətirməyi uğur sayırlar. “Biz AzərbaycanErmənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayırıq. Bu məsələ ilə bağlı olduqca intensiv işlər görülüb. Vyanada keçirilən ATƏT XİN başçıları Şurasının toplantısında Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Həmsədrlərin dəstəyi ilə AzərbaycanErmənistan XİN başçılarının ayrıca görüşü keçirilib. AzərbaycanErmənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü hamımızı ümidləndirdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini intensivləşdirməyə razılaşmışıq”, - deyə o vurğulayıb. (APA) Amma bu razılıq nəyi dəyişir ki?

Xüsusilə də Fələstin-İsrail münasibətlərində yeni durumun yaranması, Şimali Koreya, İran ətrafında hər an fors-major hadisələrin baş verə bilməsi ehtimalı, həmçinin Suriya bataqlığındakı durum diqqətin Qarabağ üzərində fokslanmasını əngəlləyən məsələlərdir. Ancaq son vaxtlar Türkiyənin çoxsaylı problemləri olmasına rəğmən Qarabağ məsələsini prioritetləri sırasına daxil etməsi, torpaqlarımızın işğalı məsələsinin prezidentlər səviyyəsində görüşlərin müzakirə mövzusuna əlavə olunması müəyyən ümidlər də yaradır.

Məsələn, ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyana görüşündən əvvəl həm Moskvada, həm də oldular, Qarabağ məsələsini müzakirə etdilər. Detallı şəkildə açıqlanmasa belə, R.T.Ərdoğan-V.Putin görüşlərində Qarabağ məsələsinə yer ayrılması faktı var. Bu arada isə məlumatlar yayılıb ki, yaxın zamanlarda RusiyaAzərbaycan prezidentlərinin görüşündə Qarabağla bağlı ciddi irəliləyiş ola bilər. İstiPress-in məlumatına  görə, məşhur ABŞ politoloqu Pol Qobl bu barədə İərvanda dərc olunan “168 jam” müsahibəsi zamanı bildirib. Ekspert Türkiyənin gözlənilməzliklərlə dolu olduğunu deyərək əlavə edib ki, bu məsələ Rusiyadan alına bilər. Qəzetin yazdığına görə, Pol Qobl müsahibəsində vurğulayıb ki, hazırda Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlüyünün olması ABŞ üçün əlverişlidir, amma Türkiyə həmin üstünlüyü ələ keçirə bilər. O, erməniləri əmin etməyə çalışıb ki, ABŞ hadisələrin bu cür inkişafına imkan yaratmayacaq: “Türkiyə indən belə də münaqişəyə müdaxilə etməyə çalışacaq. Böyük ehtimalla, bu müdaxilə aprel hadisəsi kimi hallarda, yəni toqquşmalar zamanı özünü göstərəcək. Amma danışıqlar Rusiyanın təsiri altında gedəcək və ABŞ (Türkiyənin) bu cür müdaxiləsinə imkan yaratmayacaq”, - deyə Pol Qobl vurğulayıb.

Materialda bildirilir ki, böyük ehtimalla, Vladimir Putinin və İlham Əliyevin bazar ertəsi Türkiyəyə səfər etməsi erməniləri ciddi, o cümlədən də amerikalı diplomatı ciddi narahat edib. Qeyd edək ki, Ərdoğan-Putin təmasından iki gün sonra - dekabrın 13-də, isə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri başçılarının növbədənkənar İstanbul toplantısı keçiriləcək. Türkiyə prezidenti bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə də telefon açıb və onu Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib. Pol Qobl da səfər çərçivəsində Türkiyə, AzərbaycanRusiya arasında hər tərəfi qane edən anlaşma əldə edilə biləcəyini güman edir. Yəni Azərbaycan Rusiyanın istədiyi kimi Avrasiya İttifaqına və hətta KTMT-yə girə bilər, əvəzində Dağlıq Qarabağ və ətraf rayonların üzərində tam nəzarəti bərpa edə bilər.

Türkiyə Suriya məsələsində Rusiyaya güzəştə gedərək Dəməşqin ərazi üzərində tam nəzarətinə dəstək verə bilər. ABŞ-ın Qüdsü İsrailin paytaxtı saymasından sonra Türkiyə orientirlərini müəyyən qədər dəyişə bilər.  Beləliklə, Rusiya iki cəbhədə çox güclü gediş edərək ABŞ-ı həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə ciddi şəkildə məğlub edə bilər. Görünür, elə buna görə Pol Qobl erməniləri sayıq olmağa çağırır: “Rusiya indən belə də Azərbaycanı ələ keçirməyə çalışacaq, diqqətli olmaq lazımdır”, - deyə Pol Qobl bildirib. Bu cümlə açıq göstərir ki, Pol Qobl Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasını istəmir. Hələ 1990-cı illərdə ŞuşaLaçın Azərbaycanın nəzarəti altında olanda, Azərbaycan ordusu artıq Xankəndinin girişində olanda Pol Qobl Azərbaycan hakimiyyətinə Dağlıq Qarabağın 4 rayonunu Mehri rayonunun bir hissəsi ilə dəyişməyi təklif etmişdi. Bu az kimi Türkiyə ilə Azərbaycanı birləşdirən quru bərzəxi Ermənistanla Azərbaycan arasında bufer zona etməyi irəli sürmüşdü. Bəhanəsi də o idi ki, İranla Ermənistan arasında əlaqələr bu yolla davam etsin. Azərbaycan həm də Laçından ermənilərə dəhliz verməli idi. Amerikalı ekspertin dediklərinə isə münasibət fərqlidir.



Son gəlişmələri şərh edən politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın Qarabağ məsələsini Türkiyəyə tapşıracağı fikrinin doğru olmadığını və reallığı əks etdirmədiyini düşünür: “Qarabağ münaqişəsi Rusiyaya lazımdır. Kreml bu münaqişə vasitəsilə Cənubi Qafqazda varlığını qoruyur. Əlində bu cür alət varkən, Rusiya Qarabağ məsələsinin həllini niyə Türkiyəyə tapşırsın ki? Belə olsaydı, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə diqqətlə yanaşardı. Ərdoğanın isə görüşdən sonrakı mesajı belə oldu: ”Putin münaqişənin həllində ümidli deyil". Digər tərəfdən, Kreml münaqişənin həllində Türkiyənin fəal olmasını istəmir. Doğrudur, Rusiya Suriya məsələsində Türkiyə ilə əməkdaşlıq etdi, beynəlxalq terrorçulara qarşı birgə mübarizə apardılar, ancaq bu əməkdaşlığın Qarabağ münaqişəsinin həllinə transfer olacağını düşünmürəm". E.Şahinoğlu əmindir ki, Putin Ərdoğanla görüşdə başqa mövzuları müzakirə edəcək: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarıyla gah Moskvada, gah da Soçidə görüşüb. Növbə Putinindir, indi onu Ankarada gözləyirlər. Liderlər, həmişəki kimi, iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar, Suriyada DAİŞ terroruna son qoyulması da gündəm mövzusu olacaq. ABŞ prezidenti Donald Tramp Ərdoğan - Putin görüşünə yeni mövzu da verib, Türkiyə və Rusiya prezidentləri Vaşinqtonun Qüdsü İsrailin paytaxt kimi tanıması məsələsinə də toxunacaqlar. Putin bu məsələdə Ərdoğan qədər sərt mövqedə deyil, ona görə də onun Ankarada bu məsələ ilə bağlı verəcəyi açıqlama bir qədər ehtiyatlı olacaq. Çünki Putin Ərdoğandan fərqli olaraq İsraillə münasibətləri korlamaq istəmir. Dağlıq Qarabağ mövzusuna gəldikdə isə Ərdoğanın bizim mövzunu israrla Putinlə geniş müzakirə edəcəyi proqnozlaşdırmıram. Ərdoğan iki dəfə təşəbbüs göstərdi, Putin Qarabağı türkiyəli həmkarıyla müzakirə etməyə həvəs göstərmədi”.

****

2018-ci ildə RusiyaAzərbaycanda prezident seçkilərinin keçirilməsi, Ermənistanda isə S.Sərkisyanın baş nazir kürsüsünə yiyələnmək üçün cəhdlər göstərəcəyini nəzərə alsaq, Qarabağ məsələsinin arxa plana keçəcəyini söyləyə bilərik. Bu arada rusiyalı ekspert Nikita İsayev də son müsahibəsində ümidsiz danışıb. Politoloqun proqnozuna görə, 2018-ci il başa çatmaqda olan 2017-ci ildən kardinal şəkildə fərqlənməyəcək. “Ehtimal azdır ki, gələn il heç olmasa, atəşkəs də daxil, hansısa çərçivə sazişi imzalanacaq. Danışıqlar üçün prinsipial illər yəqin ki, 2019-2020-ci illər - nə vaxt ki, dünyada böyük dünya dövlətləri xətti üzrə böyük geosiyasi dönüşlər baş verəcək”, - deyə o əlavə edib.


Politoloq Arzu Nağıyev də hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəslə bağlı razılıq olsa da, dondurulmuş münaqişə deyil və onun hansısa müddət qədər dayandırılması absurd bir məsələdir: “Rusiya siyasətçiləri və politoloqları bunu məxsusi olaraq vurğulamaqla 2018-ci Rusiyada seçki ili olduğunu və buna görə də sakit bir rejimə riayət ediləcəyi baxımdan qeyd edirlər və bir daha Rusiyanın nüfuzunu göstərməyə çalışırlar. Eyni zamanda Azərbaycanda da seçki ilidir və məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən prioritet istiqamətdir. Yəni bizim üçün status-kvonun saxlanması arzuolunmazdır və tərəf olaraq biz bunu istəmirik. Ermənistan üçün də bu vacib məsələdir, çünki Sərkisyan rejimi öz hakimiyyətini qorumaq üçün vaxtı uzatmağa üstünlük verir. Çünki separatçılara verilən ”müstəqillik" sözü yerinə yetən deyil, buna görə də işğal oluna ərazilərdə hərbi təlimlərə qatılır və hərbçilərlə görüşür". A.Nağıyev amerikalı siyasətçilərin, konkret olaraq Pol Qoblun şərhinə diqqət çəkərkən bildirdi ki, o, tam şəkildə erməni mövqeyindən çıxış edir: “Bu heç də ABŞ-ın mövqeyi deyil. Əksinə, ABŞ regional layihələrin həlli edilməsində təhlükəsizliyi ön palana çəkir və regiondakı dövlətlərin Rusiyanın nəzarətinə keçməsinin tam əleyhinədir. Məlumdur ki, belə bəyanatlar dəfələrlə olub və təəssüf ki, ATƏT-in Minsk Qrupunun təmsil edildiyi dövlətlərin siyasətçiləri tərəfindən verilir və ictimai rəyin necə formalaşacağı nəzərə alınmır. Azərbaycan dəfələrlə bəyan edib ki, biz sülh tərəfdarıyıq və münaqişənin həlli beynəlxalq hüquq və normalara uyğun olaraq ərazi bütövlüyümüz çərçivəsində, substantiv danışıqlar yolu ilə həll edilməlidir. Bununla yanaşı, konkret qərarlar qəbul edilməsə alternativ olaraq hərbi yol da istisna edilmir. Əsas problem də bundan ibarətdir ki, RusiyaABŞ-ın adıçəkilən siyasətçiləri bunu unudurlar”.

Hələliksə nəzərlər Türkiyədə Qüds məsələsinə həsr olunan müzakirələrə yönəlib. Söhbət işğaldan və zorakı qərarların qəbulundan  gedirsə, Qarabağ məsələsindən danışılmaması mümkün deyil. Özü də Azərbaycan prezidentini Ankaraya türkiyəli həmkarı şəxsən dəvət edib və ölkəmiz üçün Qarabağ məsələsinin nə dərəcədə önəmli mövzu olduğunu hər kəs yaxşı bilir. Elə Pol Qoblun özü də... Bir məqamı da qeyd edək, Azərbaycan prezidenti bu ilin sentyabrında Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində müsəlman dünyasına çağırış edərək “Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” demişdi. Qüdsün işğalı ilə barışmayan türk-müsəlaman dünyası Ermənistanla bağlı da birmənalı qərarını verərsə, bu, daha məntiqli görünər. Necə ki, ortada Türkiyə və Pakistan nümunəsi var. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar