Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quilmes Milli Universitetinin rektoru BDU-da


Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano Bakı Dövlət Universitetində olub


BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitet haqqında məlumat verib, aparılan uğurlu təhsil islahatlarından danışıb, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano, öz növbəsində, təmsil etdiyi ali məktəb haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb, son illər Argentina ilə Azərbaycan münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.
Görüşdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərov iştirak edib.
Sonda qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Qeyd edək ki, rektor Mario Lozano 20-dən artıq elmi xülasənin müəllifi, bununla yanaşı, konqres,universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Həmçinin Argentinanın Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və  Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar