Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban bayramında əfv olacaq


Əfv Komissiyası iş başındadır; Səadət Bənəniyarlı: “Siyahını təqdim etmişik, gözləyirik”


Qurban bayramında əfv gözləntisi var. Siyasi məhbuslar, onların ailələri, partiyalar, ümumilikdə ictimai-siyasi sektor ölkə rəhbərliyindən xoşniyyətli addım gözləyir. Ötən il Qurban bayramı əfv fərmanı verilməsi ilə yadda qalsa da, vicdan məhbuslarına şamil edilmədi. 

Yalnız sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyev azadlığa buraxıldı. Bu il isə ötən dövrlə müqayisədə daha çox siyasi məhbus var. Yay mövsümündə hüquq müdafiəçilərinin həbsi ilə siyasi məhbusların sayı daha da artdı. 

Ancaq Avropa Şurasının prezidentinin Bakıya səfəri, habelə ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını mənfi planda çəkməsi cəmiyyətdə müəyyən ümidlər yaradıb. Güman olunur ki, hakimiyyətin siyasətində yumşalma müşahidə olunacaq və əfv fərmanı verməklə iqtidar pozitiv mühit yaratmağa çalışacaq. 

Son həbs edilən hüquq müdafiəçilərinin əfv olunacağı hüquqi baxımdan mümkün deyil. Çünki onların istintaqı davam edir. Amma seçkilərdən sonra tutulan Anar Məmmədli, Gəncədə həbs edilən və prezidentə müraciət edən Həsən Hüseynli, ölkə başçısına əfv ərizəsi yazan “Tolışi-Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov azad edilə bilər. 
Həmçinin dini çevrənin də islamçı məhbusların azad edilməsinə ümidləri var. AŞ prezidentinin Müsavatın başqan müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədovla görüşməsi də onların əfv ediləcəyinə ehtimal yaradıb. 

Qeyd edək ki,  NİDA üzvləri Bəxtiyar Quliyev və Şahin Novruzlu da əfv üçün müraciət ediblər. 

 Bəs Qurban bayramında əfv olacaqmı? Əfv Komissiyası toplaşıbmı? Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Səadət Bənəniyarlının sözlərinə görə, onlar Əfv Komissiyasına siyahı təqdim ediblər, müəyyən gözlənti var: “Əfv Komissiyası işləyir, proses gedir. Biz ümid edirik ki, əfv verilsin. Öz siyahımızı vermişik. Orada Həsən Hüseynlinin də adını qeyd etmişik”.

S.Bənəniyarlı onlara əfv olacağı barədə qeyri-rəsmi məlumat daxil olmadığını söylədi: “Ümumi danışıqlarda belə bir fikir deyilib. Ancaq biz dəqiq bilmirik və hər şey ölkə rəhbərliyindən asılıdır. Çox istəyirik ki, əfv olsun, insanlar bayramda ailələrinə qovuşsunlar”. 

Milli Məclisin Əfv komissiyasının üzvü, deputat Çingiz Qənizadə publika.az-a bildirmişdi ki, Qurban bayramında əfv fərmanı veriləcəyinə inanmır: “Məndə bu barədə belə bir məlumat yoxdur. Çünki İşçi Qrupunun toplantısı olmayıb. Mənə elə gəlir ki, ilin sonuna ölkə başçısı tərəfindən belə bir fərman imzalana bilər”.

Komissiya üzvü əlavə etmişdi ki, ölkə başçısı tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə əfv fərmanının imzalanması ənənə halını alıb: “Bundan əlavə, müəyyən vaxtlarda bu baş tutur. Amma hər halda, yaxın vaxtlarda əfv olmasını ehtimal etmirəm”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar