Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban olmaq istəməyənlər


Həyat faciələrlə doludur


Heç bir insan başına gələcək qəfil qəzadan sığortalanmayıb. Maşın qəzalarında həyatını itirənlərin statistikası dəhşət doğurur. Biz sanki qurbanların həyatı bahasına yaşamağa vərdiş etmişik. Hər dəfə bir bədbəxt hadisə baş verəndə günahkar ovuna çıxırıq, günahkar tapılmayanda günah keçilərini qurban veririk. Bu da bir qurbandı. Bir müddət keçir, həyat öz axarına düşür, yaralar qaysaq bağlayır, hər şey unudulur. Deməyin ki, yox, unudulmur. Biz o qədər faciələri unutmuşuq ki...

Məni ən çox sarsıdan, dəhşətə gətirən bir məqam da faciə baş verərkən insanların yardım etmək əvəzinə kənarda dayanıb görüntüləri telefonun videosuna çəkməsidir. İnsanın faciəsini bu qədər soyuqqanlı şəkildə videoya çəkməyi necə bacarırlar?! Mayın 19-da bütün şəhəri ayağa qaldıran məşum yanğın hadisəsi zamanı tibb bacıları Təcili Yardım maşınının böyründə selfie çəkdirirdilər. İnsanların çarəsiz durumda odun-alovun içində çırpındığı bir vaxtda bu məxluqlar selfie hayında idilər. Deyəndə ki, indi heç kim heç kimin nəinki kitabını, heç Fatihəsini də oxumur, sözümüzü qəribçiliyə salırlar. Faciə baş verdi, itkilər oldu, amma əlinə bir qab su alıb odun üstünə tökməyənlər sosial şəbəkələrdə şirə, pələngə döndülər. Hamı bir günün içində penoplast üzlüklər üzrə mütəxəssisə çevrildi. Bir məqam da üzə çıxdı, biz hansısa bədbəxt hadisəyə hazır deyilik. Hadisə baş verən kimi emosiyalar alovlanır. 

Hətta mətbuat da bir-birini təkzib edən informasiyalarla insanları çaş-baş salır. Təsəvvür edin, jurnalist həmkarımız Sevinc Fədai binada qaldığı halda bəzi saytlar “Jurnalist xanım və körpəsi xilas edildi” yazmışdı. Bu yanlış məlumatın faciə qurbanlarının sayının artmasına səbəb olacağını düşünən oldumu? Hadisəyə kortəbii yanaşma jurnalistlə kütlə arasında fərqi heçə endirir. Ağızdan-ağıza dolaşan və bir-birini təkzib edən xəbərləri mətbuata daşımaq bu gün adidən adi hala çevrilib. 

Bu gün Mətanətə qarşı kampaniya aparanları başa düşmək o qədər də çətin deyil. Bu, insanların çarəsizliyinin göstəricisidir. Mətanətin verilişinə çox adam baxır, əmin olun ki, Mətanət kimi düşünənlərin sayı-hesabı yoxdur. Bu altı təzək, üstü bəzək binalar millətin gözünün qabağında üzlənirdi. Bəs onda bu hay-küy salan insanların səsi niyə çıxmırdı? Yüzlərlə, minlərlə insanın evi başına uçurulanda bu adamlar qəzəbini hansı soyuducuda dondurmuşdular?! İnsanların həyatıyla alver edən bu işbazlar dəstəsini niyə vaxtında ifşa etmədilər?

Bir qadının hansısa məsuliyyətsiz fikri təhlükəlidir, yoxsa bu boyda cinayətlərə göz yumub susmaq? O vaxt daş kimi susan insanlar az qala bütün bu cinayəti Mətanətin üstünə yıxmağa hazırdırlar. Bir qadını top atəşinə tutmaqdan asan nə ola bilər? Mən Mətanətə qətiyyən haqq qazandırmıram. Amma bu millətin dərdi-səri tək Mətanət deyil axı. İllərdən bəri yığılıb qalan mənfi enerji gücsüz bir insanı hədəf seçir və onun üstünə yönəlir. Biz həmişə nifrətimizi, qəzəbimizi çox kiçik insanlara yönəltmişik. Böyüklərdən  qorxmuşuq!  Azərbaycan efirini şou tipli düşük verilişlərlə zəbt edənləri niyə ittiham etmirsiniz? İllərdi bu barədə yazırıq, amma heç nə dəyişmir. Manıslar hər gün efirdə meydan sulayır. 

Dəfələrlə pərakəndə halda tikilən göydələnlər haqda sadə camaatın bu qəbil danışıqlarının şahidi olmuşam: “Bir gün Bakı bu ağırlığa dözməyəcək, belə şey olar, harda gəldi bina tikirlər. Bunun axırı necə olacaq?”. Sadə vətəndaşların bu ümumi fikri indiyəcən hansı iş adamının bir tükünü tərpədib? Bu adamlar nə vaxt xalqla hesablaşıblar? Onlardan hansı biri binalara üzlük çəkəndə, hardasa bina tikəndə sadə insanların fikrini öyrəniblər? Belə çıxır ki, dövlətin müdaxiləsi olmasa, bu işbazlara “gözün üstə qaşın var” deyən tapılmayacaqdı?

Yazımın əvvəlinə qayıdıram. Qurbanların həyatı bahasına yaşamağa vərdiş edənlər heç vaxt qurban olmaq istəməzlər!

Kənan HACI(kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar