Qusar rayonunda yanğın baş verib
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Əcəxur kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 160 kv.m sahədə və yaxınlıqda olan 6 ton ot bağlanasının 2,5 tonu yanıb.
Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az