Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qusman Mehriban Əliyevadan yazdı


"Mehriban xanım önlükdə diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir"


Rusdilli "Baku" jurnalının sentyabr-oktyabr sayı prezident İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunub. 

Redaktoru Mehriban Əliyevanın qızı Leyla Əliyeva olan jurnalın bu sayının baş məqaləsini Rusiyada məşhur jurnalist Mixail Qusman - Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi direktorunun birinci müavini yazıb.

Jurnalda əksər yazılar kimi bu məqalə də Azərbaycanın birinci xanımının həyat və yaradıcılığından bəhs edir. 

Mixail Qusman yazır ki, 2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları ərəfəsində Azərbaycan hökuməti "Azərbaycan Günləri" adlı böyük bir tədbir təşkil edilib. Xoş əhval-ruhiyyəli bakılı məclisinin keçdiyini qeyd edən Qusman yazır:

"Ziyafət bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini Londondakı "Baku" restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan zaman qonaqlardan kimsə "indi burda bir bakısayağı pomidor-yumurta olsaydı, nə yeyərdim" deyir.

Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub "Hamınız pomidor-yumurta yemək istəyirsiniz?" deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və "indi təşkil edərik", deyib restoranın mətbəxinə keçir".

Qusman Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görüb. 
"Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir".

Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.

Belə davranışına görə, Mehriban Əliyevanı “Kraliça” adlandıran rusiyalı jurnalist sual edir: "Görəsən, dünyanın hansı ölkəsində birinci xanım belə davranardı? Düşünürəm ki, heç kim!".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar