Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Radarlarla bağlı yeni qərar verildi



Azərbaycanda rayonlarda yerli əhəmiyyətli yollarda da radarlar quraşdırılacaq


Bu barədə "Trend"-ə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, hazırda ölkədə sürət həddinin aşılması hallarının daha çox müşahidə edildiyi yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı müvafiq işlər gedir: "Bununla bağlı təkcə Bakıda və Abşeronda yox, respublikanın müxtəlif bölgələrində yollarda radarların quraşdırılması işləri davam etdirilir. Bu gün bir sıra bölgələrdən vətəndaşlardan yollarda radarlar və xüsusi kameralar quraşdırılması ilə bağlı bizə çoxlu müraciətlər daxil olur. Son dövrlərdə təkcə respublika əhəmiyyətli yollar yox, yerli əhəmiyyətli yolların da çoxu təmir edilib, düzəlib. Sürücülər də elə bil sürət üçün susayıblar. Onlar həmin ərazilərdə yolun həmişə pis vəziyyətdə olduğuna öyrəşiblər. İndi isə çalışırlar ki, daha sürətlə hərəkət etsinlər.

Amma fikirləşmirlər ki, yüksək sürətlə hərəkət etmənin sonunda avtomobili saxlaya bilmək məsələsi də var. Lakin o ana çatanda artıq gec olur və bu da ağır nəticələrə gətirib çıxarır. Sürət həddinin aşılmasının qarşısının alınması üçün bizim köməyimizə çatan ən başlıca vasitə isə radarlardır. Ona görə də həmin ərazilərdə radarlar qoyulacaq. Bu proses başlayıb və indi davam etdirilir”.

Qeyd edək ki, respublikada qeydə alınan yol qəzalarının 30-31 faizinin məhz sürət həddinin aşılması səbəbindən baş verdiyi bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar