Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramazan ayında Fələstində axan qana görə günahkar kimdir? - İsrail, yoxsa HƏMAS



Aqil Ələsgər: «İsrailin Ərəfata alternativ olduğu üçün yaranmasına dəstək verdiyi HƏMAS bu gün özünün başbəlasına çevrilib»


«Beynəlxalq təşkilatların böyük əksəriyyəti ya sionistlər tərəfindən birbaşa yaradılıb, ya da onların maliyyə dəsətəyi ilə fəaliyyət göstərirlər»

Dünyanın ən həssas nöqtələrindən biri olan Yaxın Şərqdə yenidən vəziyyət gərginləşib. Artıq  İsrailin bombardmanlarının və artilleriya atəşlərinin nəticəsində 300-ə qədər fələstinli həyatını itirib. Onların arasında uşaqlar, yaşlılar əksəriyyət təşkil edir. Beynəlxalq təşkilatlar isə həmişə olduğu kimi İsrailin bu qətliam cinayətlərinə qarşı susqunluq nümayiş etdirirlər. 

Bəs beynəlxalq ictimayyətin İsrailin Fələstində törətdiyi cinayətlərə bu qədər susqunluqla yanasmasının səbəbi nədir?

PİA.AZ-ın əməkdaşı bu sualla araşdırmaçı dinşünas Aqil Ələsgərə müraciət edib. Aqil Ələsgərin fikrincə, tərəflər arasında sülh olmayacağı müddətcə Qəzza qan gölü olmaqdan qurtulmayacaq:

«Məsələ ondadır ki, bu gün dünyada beynəlxalq aləm dediyimiz beynəlxalq təşkilatların hamısını diqqətlə araşdırarsaq, görərik ki, kökü yəhudi lobbisinə və sionizmə çıxır. Bu təşkilatların böyük əksəriyyəti ya sionistlər tərəfindən birbaşa yaradılıb, ya da onların maliyyə dəsətəyi ilə fəaliyyət göstərirlər. Hətta İkinci Dünya Müharibəsindən sonra BMT belə sionist siyasi qruplaşmalarının bir başa təkidi ilə formalaşdırılıb.

Eyni zamanda nə qədər qəribə olsa da ABŞ-ın və İsrailin HƏMAS-ı yaradılmasında müstəsna rolu vardır ki, burada əsas məqsəd o zaman Fələstində aparcı siyasi güc mərkəzi hesab olunan və daha çox keçmiş SSRİ-nin təsiri altında olan Fələstin Azadlıq Hərakatına alternativ ortaya qoymaq və bu yolla Fələstin xalqının birliyini ortadan qaldırmaq olub. Bu günkü şəraitdə açıqca görürük ki, ABŞ və İsrail faktiki olaraq öz məqsədlərinə nail olublar və bu gün Yaxın Şərqdə sülhü əngəlləyən faktorlardan biri də FAT-la HƏMAS arasında olan qarşıdurma və bu qarşıdurma nəticəsində Fələstində iki hakimiyyətliyin mövcud olmasıdır”.

 Aqil Ələsgər hesab edir ki, İsrail bir qayda olaraq bombardmanlardan bir saat əvvəl təyyarə vasitəsi ilə Qəzzə üzərinə məktublar tökür ki, bu da onların özlərini təmizə çıxarmaq vasitəsidir. Həmin məktublarda mülki əhalidən tunnelərə girmək üçün xəbərdarlıq edilir. Bəlkə kimsə o məktubları görməyibsə, öldürülürsə, İsrail günahsızmı sayılmalıdır. Əsla deyil. Eyni zamanda HƏMAS da atəşkəs məsələsində düzgün mövqedə deyil. HƏMAS partizan savaşları, mülki vətəndaşları önə verib, İsrailə onların arxasından zərbə vurmaq taktikasından əl çəkməlidir.  Yəni HƏMAS da faktiki olaraq mülki əhalidən bir qalxan olaraq istifadə edir.

Mən hesab edirəm ki, bu müqəddəs günlərdə Yaxın Şərqdə qan axıdılmasına son verilməlidir. Yaxşı olar ki, Fələstinin müstəqilliyi elan olunsun, dünya ölkələri və BMT Fələstinin müstəqilliyini qəbul etsin.
Yalnız bundan sonra bölgədə ədalət və sülh bərpa oluna bilər”.

Təranə
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar