Sabah Ramazan ayının 13-cü günüdür
PİA.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Şamaxı Rəsədxanasının tərtib etdiyi təqvimə görə, Bakı şəhərində sübh namazı 04:43-da, axşam namazı isə 21:31-da qılınacaq.
İmsaq yeməyini sübh namazından 20 dəqiqə əvvəl bitirmək məsləhət görülür.
Ramazan ayının 13-cü gününün duası:
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".
pia.az