Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubovun Almaniya səfərindən məlumat

Dekabrın 10-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul edib


Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin nəzərinə çatdıran nazir beş il əvvəl- 2008-ci ilin noyabrında 7-ci Berlin Təhlükəsizlik Konfransında iştirak etdiyini, səfər zamanı ikitərəfli əlaqələrin səmərəliyinin artırılması məqsədilə «Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi və Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi arasında Birgə Niyyət Bəyanatı»nın imzalandığını məmnunluqla xatırladıb, birgə işbirliyinin daha da inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.

Eyni zamanda, əməkdaşlığın ATƏT, BMT, Avropa Şurası və digər təşkilatlar çərçivəsində həyata keçirildiyini də deyən cənab Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin,  beynəlxalq təşkilatların ekspertlərinin, o cümlədən alman mütəxəssislərinin də rolu olduğunu, qanunların icrasına böyük önəm verildiyini diqqətə çatdırıb.

Beynəlxalq qurumların xətti ilə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yönümündə keçirilən layihələrdə, seminar-treninqlərdə Almaniyadan olan ekspertlərin də yaxından iştirak etdikləri, buna misal olaraq "Kütləvi iğtişaşların qarşısının alınmasında polisin fəaliyyətinə dair" təlim-seminarların təşkil olunduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədilə əməkdaşlarımız Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif forum və müşavirələrdə yaxından iştirak edirlər.

Sonra səfirə DİN-in əsas funksiyaları və vəzifələri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Daxili işlər naziri cinayətkarlıqla mübarizədə qazanılmış uğurlardan danışıb, sabitliyin, əmin-amanlığın nümunəvi təmininin ölkə vətəndaşları ilə bərabər, əcnəbilərin də təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, ölkəmizin iqtisadiyyatına külli miqdarda xarici kapital qoyulmasına əlverişli şərait yaratdığını vurğulayıb.  

Avropa standartlarına uyğunlaşdırılmış qanuvericiliyin, qabaqcıl təcrübənin öyrənilməsinin və təbiqinin əməkdaşların xidməti fəaliyyətinə müsbət təsir göstərdiyini xatırladan general-polkovnik Ramil Usubov insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini, məhz belə həssas yanaşma və operativ münasibətin nəticəsi olaraq, vətəndaş hüquqlarını pozan  əməkdaşlar barədə ən sərt  tədbirlərin görüldüyünü qeyd edib.

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlərin görüldüyü bildirilib. Ən müasir standartlara uyğun şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə indiyədək respublikanın əksər ərazi polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, digərlərində isə əsaslı təmir işləri aparılıb. Son üç il ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1181 monitorinq keçirilib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı qeyd olunub.

Səmimi qəbula və ətraflıməlumatagörə minnətdarlıq edən xanımHaydrun Tempel görüşün Beynəlxalq İnsan Hüquqları gününə təsadüf etdiyini xatırladaraq, istənilən ölkə üçün daxili sabitliyin, təhlükəsizliyin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu, bu istiqamətdə Azərbaycanın daxili işlər orqanlarının böyük işlər gördüyünü diqqətə çatdırıb, müasir dövrdə insan hüquqlarına və qanunların aliliyinə riayət edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar