Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi

Maliyyə nəzarəti sistemində vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür


Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. 

Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır.

Bu fikirlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini AzərTac dərc edib.

Administrasiya rəhbəri yazır ki, vergi sisteminə hörmət və inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları fəaliyyət istiqamətləri olmalıdır.

Ramiz Mehdiyev qeyd edir ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Məqalədən sitat: “Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir».

Qeyd edək ki, Ramiz Mehdiyevin bu tezisi Azərbaycanın gömrük orqanlarında gözlənilən instusional islahatların mesajı hesab edilə bilər. Belə ki, Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməli olduğu barədə tezis əslində Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə, yaxud Vergilər Nazirliyinə birləşdiriləcəyinə dair neçə vaxtdır dolaşan xəbərləri yada salır. Bir çox ölkələrdə gömrük xidməti ayrıca struktur deyil və digər maliyyə nəzarəti orqanlarının tərkibində departament kimi fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar