Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Zeynalovun işçisindən Ramil Usubova şikayət


Ramiz Zeynalovun işçisindən Ramil Usubova şikayət Göytəpə YPX inspektoru İlham Ağayev sürücünü təhdid edib və söyləyib ki , heç kəsdən qorxusu yoxdur


Atası məmurdur və istənilən şikayətdən pul verib qurtula bilər

DYP əməkdaşlarının törətdiyi qanunsuz əməllər, özbaşınalıqlar haqda mətbuatda tez-tez- materiallar dərc edilib ,icimaiyyətə çatdırılsa da bu sahənin işçiləri özbaşınalıq etməkdən nə yorulur nə də çəkinir. 

İlk cümləmizdən də aydın olduğu kimi bu dəfə də Dyp əməkdaşları öz əməllərindən qalmır. Biləsuvar rayon Çaylı kənd sakini Əfqan Aslanovun redaksiyamıza ünvanladığı şikayət bunu deməyə əsas verir. Şikayətçi Bolgexeber.com-a yolladığı məktubda Göytəpə YPX inspektoru İlham Ağayevdən narazılığını bildirir. Onun sözlərinə görə bu ilin aprel ayında –daha dəqiq 13 aprel tarixində 99- YL-186 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilində Masallıdan Biləsuvara yollanan zaman Göytəpə postu yaxınlığında saxlanıb və ötmə əməliyyatı etdiyi deyilib. Əfqan bildirir ki , o , hər hansı qayda pozuntusu etmədiyini söyləyib və görüntüləri tələb edib. Bu zaman isə inspektorun kobudluğu və qanuna zidd hərəkətilə üzləşib. Belə ki , İlham Ağayev ona heç bir görüntü təqdim etməyəcəyini deyib. 

Şikayətçinin sözllərinə görə , o , Ramil Usubova şikayət edəcəyini bildirib. İlham Ağayevin verdiyi cavab isə sərt və gözlənilməz olub. O , sürücünü təhdid edib və söyləyib ki , heç kəsdən qorxusu yoxdur. Atası məmurdur və istənilən şikayətdən pul verib qurtula bilər. Bundan sonra isə inspektor protokol tərtib edib. Əfqan Aslanov qeyd edir ki , artıq bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova şikayət ünvanlayacaq. Xatırladaq ki , bu Göytəpə YPX inspektoru İlham Ağayevin ilk özbaşınalığı deyil. Bənzər hallar daha öncə də təkrarlanıb. BTV.AZ

pia.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar