Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramzan Kadırov cizgi filminə baxdı, dünya qarışdı...



Bu, zombilik əlamətidir, ya saf qəlbin təzahürü?..


Son iki gündə dünya mediasında, sosial şəbəkələrdə Çeçenistan lideri Ramzan Kadırovun çizgi film seyr edərkən çəkilən fotoşəkilləri yayılıb. Və foto ilə paralel müzakirələr... Böyüklərin çizgi filmi izləməsinin psixoloji köklərindən tutmuş, bunun insan psixikasına göstərdiyi təsirə qədər.

Amma bu bir faktdır ki, cizgi filmi izləmək təkcə uşaqların boynuna biçilməyib. Xüsusən bazar günlərində uşağı ilə birgə saatlarla multfilm izləyən valideynlər var ki, bununla təkcə uşağı sakitləşdirmək yox, eyni zamanda öz əhvallarını da yüksəltmək məqsədi güdürlər. Heç kimə sirr deyil ki, cizgi filmlər, ümumən dünyanı gərginlikdən, ağır yükdən, pislikdən təmizləmək məqsədi güdür. Böyükləri isə reallıqdan bir qədər uzaqlaşdırır. 

Psixoloqlar əmindilər ki, böyüklər cizgi filmi izləməklə xoşagəlməz situasiyalardan qaçmaq istəyirlər. Onlar həm də həyati qərarları verə bilməyəndə bu yolla “boşalmağa” çalışırlar. “Böyüklər niyə cizgi filmi izləyirlər” sualına psixoloqların ümumiləşmiş bir neçə cavabı var: 

1. Bu cür əyləncəni sevənlər sentimental və romantik insanlardır. Onları mənəvi cəhətdən çox asanlıqla zədələmək olar. Hətta multfilmə baxıb, ağlaya da bilərlər. 

2. Multfilmə baxıb, enerji alır, pislikləri unudurlar. 

3. Adətən multfilmlərdə xeyir şərə qalib gəlir. Ona görə də çox adam qısa müddətə də olsa özünü balaca hiss etmək istəyir. 

4. Uşaqlıqda çox adam xoşbəxt, qayğısız olub. Multfilmlər də insanları uşaqlıq emosiyaları və həyəcanlarına geri qaytarır. Baxır və gülürsən... 

5. Necə ki, uşaqlar multfilmlərə baxıb, başqa dünyaya gedirlər, özlərinə fərqli, arzuladıqları dünyanı qururlar, böyüklər də eləcə. Onlar üçün yeni, arzuladıqları dünyanın içində olmaq xoş gəlir. 

6. Cizgi film seyr etmək eyni zamanda istirahət və əyləncə üçün də maraqlı vasitədir.
Bundan başqa, böyüklər üçün çəkilən multfilmlərin sayının çoxalması da bu sahəyə tələbatın artdığını göstərir. Dediklərimizə xüsusən də yapon multiplikatorlarının çəkdikləri yaxşı nümunədir. Bu multfilmlər yaşlı auditoriya üçün nəzərdə tutulub. 

Unutmaq olmaz ki, multiplikasiya da kino və ya ədəbiyyat kimi incəsənətin bir növü sayılır. Ona görə də böyüklər heç də öz məşğuliyyətlərində “uşaqlıq elementlərinin” olmasına görə günahkar deyillər. İş ondadır ki, növündən asılı olmayaraq incəsənət hər zaman insan düşüncə və psixikasında xüsusi yer tutur. 

Bununla yanaşı, multfilmə meyl edənlərlə bağlı daha fərqli yanaşma da var. Bir çox psixoloqlar bu xobbini xəstəlik, daha doğrusu, zombilik əlaməti də sayır. Mafiya başçılarının uşaq kimi pişik saxlaması, oyuncaq otağının olması... kimi nüanslar da çox vaxt bunun əlaməti kimi yozulur. 

Amma xüsusi bir məqamı da unutmayaq. Alimlər xəbərdarlıq edirlər ki, uşaq cizgi filmləri zorakılıq səhnələri ilə doludur və uşaqlar bunun doğru olduğunu düşünərək təsir altında qalırlar. Bunu London Universiteti alimlərinin apardıqları araşdırmalar göstərir. Uşaq cizgi filmləri heç də məsum deyil. Bu cür cizgi filmlərinin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər.

Araşdırmaya 1937-ci ildən (“Ağca xanım”) 2013-cü ilə qədər (“Soyuq ürəklər”) çəkilən cizgi filmlərini daxil ediblər. Cizgi filmlərindəki zorakılıq səviyyəsi araşdırılıb. Məlum olub ki, bu filmlərin qəhrəmanları əksər hallarda ölür. Bundan başqa, baş qəhrəmanların valideynləri də tez-tez ölürlər. Misal üçün, “Nemonun axtarışında” cizgi filminin 4-cü dəqiqəsində yırtıcı balıqlar Nemonun anasını yeyir. “Tarzan” cizgi filminin isə 4-cü dəqiqəsində Tarzanın valideynləri leopardı öldürürlər.

Odur ki, uşaqlarınıza izlətdiyiniz cizgi filmini keyfiyyətli seçin ki, baxdığı cizgi filmi onun inkişafına, tərbiyəsinə, davranışlarına  müsbət təsir etsin. Bundan əlavə, gündə sadəcə bir saat izləmələrinə icazə  verin. Onu da ikiyə bölün. Yarım saat gündüz, yarım saat axşam olmaq şərtilə. Əks təqdirdə, uşaqlarınızda davranış pozuntusu yarana bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar