Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Raqub Məmmədov niyə Ağdamda abadlıq işlərini tələbə yoldaşına və xalası oğluna həvalə edib?


İcra başçısı Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyev və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verib


Tahir Əliyevi Nizami Sadıqovun dövründə olduğu kimi görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini icra başçısı Raqub Məmmədova verir. 

Faktiki olaraq isə, Ağdam rayonunda aparılan abalıq işləri üçün nəzərlə tutulan xərclərin 25 faizi adiyyatı üzərinə xərclənir.

Ağdamdan AzMedia.info-ya daxil olan məlumata rayon icra başçısı Raqub Məmmədov Quzanlı və digər yaşayış yerlərində həyata keçirilən abadlıq işlərini öz yaxın adamlarına həvalə edib. Verilən məlumata görə rayondakı abadlıq işlərini iş adamı Tahir Əliyevlə başçının xalası oğlu Adil adlı şəxs həyata keçirir.  Görülən işlərin daha çoxu məhz Xıdırlı kəndindən olan başçının xalası oğlu Adilə verilir. 

Mənbənin məlumatına görə Raqub Məmmədov  rayondakı abadlıq işlərini bu iki şəxs verməklə dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaitin bir hissəsinə “şərik” çıxır. Hər iki şəxs icra başçısının birbaşa öz adamları olduğu üçün maliyyə vəsaitlərinə nəzarəti Raqub Məmmədov özü edir.  

Abalıq işlərində fəal iştirakçılardan biri olan  Tahir Əliyevlə bağlı məlumatda deyilir ki, bu “kiçik iş adamı” keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu: 

“Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi isə  Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri lahiyyələr həyata keçirtməyə başlayıb. “Ağdam-1” MMC, “Ayaz-A” MMC, “Quzanlı-1” MMC, “Aysu-2007” MMC, “Tikinti-2011” MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusudr. Həmin MMC-lərin ilkin kapital qoyuluşu isə 10 manat olub. Bir neçə il müddəində  isə bu MMC-lər vasitəsi ilə dövlətin külli-miqdarda vəsaitləri silinib. Tahir Əliyev Nizami Sadıqovun dövründə olduğu kimi görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini icra başçısı Raqub Məmmədova verir. Faktiki olaraq isə, Ağdam rayonunda aparılan abalıq işləri üçün nəzərlə tutulan xərclərin 25 faizi adiyyatı üzərinə xərclənir. Yəni abalğa ayrılan xərclərin 50 faizini icra başçısı nəqdləşdirərək öz cibinə qoyduğu kimi, 25 faizini də icra başçısının tələbə yoldaşı ilə xalası oğlu mənimsəyir. Etiraf etməliyik ki, dövlətin pullarını mənimsəməklə həm icra başçısı, həm də onun dostu və xalası oğlu heç də az qazanmırlar. Ən adi bir yoxlama nəticəsində Ağdamda milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi ortaya çıxacaq” .

Mənbə həmçinin də onu da bildirir ki, Raqub Məmmədov Tahir Əliyevlə “qazanclı quruculuq” münasibətlərinə görə onun qardaşını Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib.

Qeyd edək ki, Raqub Məmmədovun tələbə yoldaşı Tahir Əliyevin və xalası oğlu Adilə məxsus şirkətlərin rayonda həyata keçirdikləri abadlıq, tikinti işləri və maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza təfsilatlı məlumatlar çatdıracağıq. 

Qarşı tərəfin mövşeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar