Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğludan təhqiredici kollajla bağlı ultimatum


“Əli Kərimli ilə mənim aramda olan konflikt geriyə dönməyəcək düşmənçiliyə çevrildi, xüsusən də bu cür təhqirlərdən sonra”


Bunu Trend-ə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqlab Kərimlinin sosial şəbəkədə onun barəsində təhqiredici kollaj yaymasını şərh edərkən deyib.

R.Arifoğlu bununla bağlı Ə.Kərimliyə yazdığı məktuba cavab aldığını bildirib: “Cavabında yenə məni təhqir edib, buna baxmayaraq, qohumunun hərəkətini pislədiyini və o statusu yığışdırmaq üçün ona məktub yazdığını bildirib. Sonra mən yoxlatdırdım ki, statusu yığışdırıblar. Bu da onu göstərir ki, İnqlab Kərimli komanda ilə hərəkət edir. Yəni mən əminəm ki, bu tapşırığı da ona veriblər, yazıb, mesaj verib, sonra deyiblər, yığışdırıb. Əgər o, bu statusu özbaşına yazsaydı, təbii ki, çıxarmazdı”.

Baş redaktor bu kollajın yayılmasının böyük yanlışlıq olduğunu bildirib: “Mən də bunu “Facebook”da yaydım ki, Kərimlilərin mahiyyətini bütün Azərbaycan bilsin. Bilsin ki, prezidentlik iddiasında olan şəxs Azərbaycan Respublikasının vətəndaşını, qəzet redaktorunu, vaxtilə ona yaxşılıq etmiş bir şəxsi öz yaxın qohumlarına necə təhqir etdirir. Allah eləməmiş, o, hansısa bir vəzifə tutsa və ya hakimiyyət imkanları olsa, təbii ki, bunun bu cür vəhşi, yırtıcı və tərbiyəsiz qohumları Azərbaycan əhalisinə qarşı terrorla məşğul olar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar