Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirqədirov ailəsinə qovuşdu


Keçmiş məhbus artıq İsveçrənin Sürix şəhərindədir


Siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov artıq İsveçrədədir. 

Bu barədə hazırda İsveçrənin Sürix şəhərində yaşayan siyasi mühacir Hacı Hacılı sosial şəbəkədəki statusunda xəbər verib. R.Mirqədirovla fotolarını paylaşan H.Hacılı onun barəsində “Rauf Mirqədirov: Jurnalistika və milli istiqlal tariximizin önəmli bir ismi. Eşq olsun!”, habelə “Yaşasın azadlıq” sözlərini yazıb. 

Xatırladaq ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

Sentyabrın 16-da  Rauf Mirqədirov Almaniyaya yola düşüb. O, öncə Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya səfər edib. R.Mirqədirov tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedib. 

Amma siyasi icmalçı mediaya müsahibəsində ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: "Hələ bu barədə heç nə deyə bilmərəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar