Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Vəliyev iki rəisi işdən qovdu


Xəzər Dəniz Gəmişiliyi QSC-də iki şöbənin rəisi rüşvətə görə işdən azad olunub


PİA.Az bildirir ki, bu barədə “Axar.az”a QSC-dəki mənbələrdən məlumat daxil olub.
 
Mənbə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin idarədə ciddi yoxlamalarla bağlı əmr verdiyini bildirir. O, verilən əmrdən sonra Gəmiçiliyin İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Nizami Əliyev və Neft donanmasının İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Rövşən İmamverdiyevin artıq işdən qovulduğunu deyib. Vəzifəsindən azad olunan şəxslər arasında Siravi Komanda Heyətinin inpektoru Əkbər adlı şəxsin də olduğu qeyd edilir. Mənbə sonuncu ilə bağlı qərarın bir ay bundan öncə verildiyini söyləyib.
 
Hər üç şəxsin qovulmasına səbəbin rüşvət olduğu iddia edilir. Bildirilir ki, sabiq rəislərin gəmi kapitanlarından aldıqları rüşvət artıq idarə rəhbərliyinə məruzə olunub. Belə ki, gəmi kapitanı Mövsüm İsayevin “Qəhrəman Həsənov” tankerinə kapitan keçmək üçün Nizami Əliyevə 5.000 AZN dəyərində rüşvət verdiyi vurğulanır. Bundan əlavə, 73 yaşlı baş mexanikdən də  FRAXTA-da (“Meredian Şpinq” firması) işləmək üçün rüşvət alındığı bildirilir.
 
Xatırladaq ki, hər iki şöbə rəisi Aydın Bəşirovun kadrları hesab olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar