Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlara yağan güclü dolu ciddi fəsadlar törədib


Ekspert: “Bu kimi hadisələrin qarşısını öncədən almaq olar”


Ötən günlərdə bölgələrə yağan güclü dolu qarışıq leysan xeyli fəsadlar törədib. Konkret olaraq 23, 24 may tarixlərində Gədəbəy, Ağdam, Daşkəsən, ŞəmkirTovuzda yağan dolu, kənd təsərrüfatı ilə yanaşı sosial obyektlərə, elektrik təsərrüfatına ciddi zərər verib.  

Məlumata görə, Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində, eləcə də kəndlərarası yol kənarlarında 10-dan artıq ağac küləyin gücündən aşaraq yolda hərəkəti məhdudlaşdırıb. Güclü külək rayonun Muxtariyyə, Düyərli, Zəyəm-Cırdaxan və Xuluf kəndlərində fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü qoparıb.

ATV-nin Tovuz bürosunun yaydığı məlumata görə, bu rayonda da  güclü qasırğa və dolu bir sıra kəndlərə ciddi ziyan vurub. Rayonun Kirən, Xına Molla ayrım, Hacıhəsənli, Yanıqlı, Əhmədabad, Göyəbaxan, Həsənli, Sarıtala və digər kəndində həyətlərə, evlərin zirzəmilərinə yağış suları dolub. Təxminən yarın saat davam edən dolu həyətyanı sahələrdə kartof, tərəvəz və tütün sahələrini məhv edib. Elektrik xətlərində problemlər olduğuna görə kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Həmçinin Ağdama yağan dolu da fəsadsız ötüşməyib. Yağan dolu rayonun Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərində dənli bitkilərdən arpaya, həmçinin soğan və pomidor sahələrinə,  meyvə ağaclarına ziyan vurub. Güclü külək və dolu DaşkəsənGədəbəy rayonlarına da ziyan vurub. 

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirdi ki, dünyada qlobal istiləşmə ilə bağlı “SOS” təbili çalınsa da, əslində görünən budur ki, heç də belə deyil: “Əgər yaz ayları sərin keçirsə, yay aylarında da çox isti olmayacaq. Yağıntıların miqdarı 25-30 faiz artıb. Son günlər yerlərdə müşahidə edilən yağıntılar isə təsərrüfata xeyli zərər vurdu. Əsasən meyvə və tərəvəzə, yonca, taxıl sahələrinə ziyan dəyib. Bütün bunların qarşısını öncədən tədbir görməklə almaq olardı. Ancaq görünür, bununla məşğul olan yoxdur. Sovet dövründə dağlarda nəhəng toplar quraşdırılırdı. Həmin toplar vasitəsilə buludlar dağıdılırdı. Nəticədə əkin sahələrinə dolu, güclü leysan yağışları düşmürdü. Bu da məhsuldarlıq səviyyəsinin yüksəlməsinə səbəb olurdu. İndi isə qeyd etdiyim kimi, bu vasitədən istifadə olunmur”.

T. Zeynalov bildirib ki, kənd camaatı bu kimi təbiət hadisələri qarşısında acizdirlər: “Rayonlara işimlə əlaqədar tez-tez gedirəm. Orada məndən soruşurlar ki, birdən gecə şaxta oldu, nə edək? Bitkini və taxıl məhsulunu şaxtadan qorumaq üçün sahənin ətrafında ot yandırmaq lazımdır. Həmin tüstü məhsulu şaxtadan qoruyur. Adicə bunu belə etmirlər. Əhali çox tənbəlləşib. Bütün bu proseslər də sonucda  məhsul qıtlığına və bahalaşmaya yol açır. O zaman da bahalıqdan şikayətlənirlər. Halbuki baş verənlərin müəyyən mənada səbəbi insanların   adi qaydalara əməl etməməsidir”.

Ekspert yağan yağışların dağlıq ərazilərdə sürüşməyə səbəb olmayacağını bildirdi: “Sürüşmə gözlənilmir. Sel hər 7-8  ildən bir baş verir. Ola bilər ki, indi də dağlardan sel gəlsin. Çünki son yağıntıların miqdarı çox oldu. Bu isə dağlarda çalaların əmələ gəlməsinə, hər il aşınma zamanı isə suyun bəndi dağıdaraq əkin sahələrinə, yaşayış yerlərinə doğru gəlməsinə səbəb olur. Təbii ki, dağdan gələn su  qarşısına çıxanı da daşıyıb gətirir. Bu, dağlarda olan 5-10 tonluq nəhəng daşlar da ola bilər. Əsaslı sürüşmə gözlənilməsə də buna da hazır olmalıyıq. Kənd camaatı əkdiyi məhsulu qorumaq üçün çalışmalı, qeyd etdiyim kimi, adi qaydalara əməl etməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar