Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev Binəqədi İcra Hakimiyyətini sərt tənqid etdi

Razi Nurullayevdən Binəqədi İcra Hakimiyyətinə sərt tənqid: “Milyonlarla rüşvət yığırsan...”



“Milyonlarla rüşvət yığırsan...”

Razi Nurullayev: “Hava proqnozuna baxdım, bu gün axşamdan başlayaraq yenə yağış tökməyə başlayacaq. Hələ bu gün də dünyanın ən gözəl şəhəri olan Bakıda sel-su ucbatından evindən çölə çıxa bilməyən vətəndaşlar, sakinlər var. Yağış bu gün axşam başlayır və gələn həftə boyu da davam edəcək. Görünən budur ki, Bakının qəsəbələrində su altında qalmış evlər hələ də fəlakət zonası olaraq qalmaqda davam edəcək. Uşaqlar məktəbə gedə bilməyəcək. Acınacaqlı vəziyyət Binəqədi rayonunda yaşanır. Binəqədi şossesindən 5-6 qəsəbənin sakinləri istifadə edir. Bu yol gözümüz açılandan belə olub. Hər payız-qış süni göllər əmələ gəlir. Hər il bu yola pullar tökülür və sonra yenə xarabazara çevrilir. Bu, artıq cinayət əməlidir, büdcə pulları göyə sovrulur, problem isə qalır. Bir yolu nə qədər qazmaq və düzəltmək olar?”

Bu sözləri yeni AXCP-nin sədri Razi Nurullayev deyib. 

O, bildirib ki, yağış yağan kimi qısa zaman ərzində Binəqədi və bir çox qəsəbələrdə acınacaqlı hal yaranır: “Həm yollar bərbad vəziyyətdədir, həm də kanalizasiya bərbad gündədir. Amma, axı hər kəs bir neçə yerə pul, rüşvət, hörmət ödəyib, o evləri tikib. Heç kim göydən gəlib düşməyib və evlər də tikməyib. Bunların hamısı rayon İcra Hakimiyyətlərinin, Bakı şəhər İcra Hakimiyyətinin gözləri qarşısında və razılıqları ilə olub. İndi niyə yaxalarını kənara çəkirlər? Cəzasızlıq, qorxu hissinin, məsuliyyət hissinin olmaması... Həm də bu insanların ürəyində Allah qorxusu və xofu da yoxdur. Mənim əlimdə ixtiyar olsaydı, onların oğurladıqlarının, çaldıqlarının, taladıqlarının üç mislini əllərindən alar və haqsız duruma və məhrumiyyətlərə düçar olan xalqın yaralarının sağalmasına sərf edərdim. Bəli, dəmir yumruğa ehtiyac var. O dəmir yumruq ki, günahkarların başına kuvalt ağırlığında çöksün.

Ay balam, sənə büdcədən pul ayrılıb, üstəlik, milyonlarla rüşvət yığırsan, niyə problemləri həll etmirsən? Qorxun yoxdur, amma olacaq. Bir gün etdiklərinin əvəzini min qat ödəməli olacaqsan. Neçə ildir, oxuyuram ki, Sabunçu vağzalını su basıb. Neçə dəfə su seyrangahını seyr də etmişəm. Bəs neçə illərdir ki, gözünüz kor, qulağınız kardır? Beyniniz donub? Əllərinizi don vurub? Daşı daş üstünə qoyanda çalağan quşu kimi kasıbın üstünə şığıya bilirsiniz, amma vəzifəniz olanları yerinə yetirə bilmirsiniz? Bir gün gələcək, sizin üstünüzə şığıyacaqlar, sizin özünüzü o süni suların içinə qərq edəcəklər”.

“Ciddi olaraq, bu problemlərin geniş müzakirəsi üçün Prezident müşavirəsinə ehtiyac var” - deyən partiya sədri qeyd edib ki, işinin öhdəsindən gələ bilməyən, korrupsiya piramsidası quran, sahibkarlara və vətəndaşlara "dolya" kəsən kiçicik xanların boyunlarının vurulması zamanıdır, məcazi mənada: “Dünən bütün Azərbaycan barbar bir hadisənin şahidi oldu. Kürdəxanı qəbiristanlığını su basıb, qəbirlər suyun içində, bir az kənarda da adamlar balıq tutur. Sən demə, Kürdəxanının kanalizasiya suları bura axır, heç də qrunt sularının yaratdığı göl deyil. Bəs, bu vəhşiliyə, çarəsizliyə dözmək olarmı? Bakının ən qədim və köhnə kəndlərindən biri üfunət içində boğulur.

Başa düşürəm ki, Bakıda kanalizasiya və su sisteminin bərpası və çəkilməsi ilə bağlı işlər aparılır. Amma, bu, kifayət deyil. Təcili olaraq, işlərin tezləşdirilməsi üçün Neft Fondundan vəsait ayrılmalıdır. Xərclənməsinə də ciddi nəzarət olunmalıdır. Xor baxanın, bir manat oğurlayanın belə, oğurladığı əli kəsilməli, xor baxanın gözü çıxarılmalıdır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar