Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razim Məmmədov prezidentin göstərişinə məhəl qoymur - Foto


Razim Məmmədov sahibkarlardan külli miqdarda pul alaraq, onlara obyekt tikintisinə icazə verir, bu isə 1970-ci ildə əkilmiş ağacların kəsilməsi hesabına başa gəlir


""Ağac qırğını" nəticəsində yaxın gələcəkdə Gəncə prospekti və Məhəmməd Hadi küçəsində baş verə biləcək sürüşmələrə görə Xətai RİH məsuliyyət daşıyır" 

Redaksiyamıza Xətai rayon sakinlərinin göndərdiyi məlumata görə, rayonun icra başçısı Razim Məmmədov sahibkarlardan külli miqdarda pul alaraq, onlara obyekt tikintisinə icazə verir, bu isə 1970-ci ildə əkilmiş ağacların kəsilməsi hesabına başa gəlir.

""Ağac qırğını" nəticəsində yaxın gələcəkdə Gəncə prospekti və Məhəmməd Hadi küçəsində baş verə biləcək sürüşmələrə görə Xətai RİH məsuliyyət daşıyır"- şikayətçi elektron poçtumuza göndərdiyi şikayət məktubunda belə bildirib.

Məsələ ilə bağlı Xətari Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin memarı Vadim Surxayev Etatist.com-a belə bir şeyin mümkün olmadığını bildirdi: "Vaxtilə burda sakinlər özləri üçün bostanlar salıblar. İndi o bostanlar təmizlənir. Elə bir fakt yoxdur. Biz ağac əkirik, yaşıllıq salırıq".

Redaksiyamıza fotoların da göndərdildiyini bildirdikdə isə V.Surxayev "Elə bir şey yoxdur. Fotoları hardan göndərirlər? Fotoları təqdim eləsinlər. Ağaclar yerindədir. Niyə İcra Hakimiyyətinə müraciət eləmirlər? Şikayət eləyənlər bostanları dağıdılanlardır. İndi hər yerdə abadlıq işləri gedir. Vətəndaş vaxtı ilə hasarladığı ərazini deyir ki, mənimdir. Hərə hasarlayıb özü üçün bostan salsa nə olar... Kol-kos təmizlənməlidir. Bu ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mənzil İstismar Sahələri nəzarət eləyir. İndi qanunsuz ağac kəsmək olar? Bu bəsit münasibətdir. Bəlkə 20-30 il bundan qabaq belə bir şey ola bilərdi. İndi mümkün deyil axı".

Qeyd edək ki, bu hal Xətai rayonunda birinci hal deyil. Bir neçə il öncə Məhəmməd Hadi küçəsində yerləşən böyük ağaclıq ərazi məhv edilmiş və yerində göydələnlər tikilmişdi.

Onu da xatırladaq ki, prezident İlham Əliyev bu ilin aprelində çıxış edərək bildirmişdi ki, ağac kəsənlər məsuliyyətə cəlb olunmalıdır. Prezident hətta Ağdaş səfəri çərçivəsində ağacların kəsilməməsi üçün Ağdaş-Qəbələ yolunun dördzolaqlı olmasına etiraz etmişdi. (etatist.com)



Xətai rayonunda prezidentin göstərişinə məhəl qoymurlar?- Foto



Xətai rayonunda prezidentin göstərişinə məhəl qoymurlar?- Foto


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar