Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Referendum beynəlxalq standartlara uyğun keçirilib - Spiker


Avropa Seçkilərin Müşahidəsi Akademiyasının missiyasının Azərbaycanda keçirilmiş Konstitusiya referendumunun nəticələri ilə bağlı yekun bəyanatı açıqlanıb


APA-nın xəbərinə görə, missiyanın rəhbəri, Malta parlamentinin spikeri Anglu Farrugia keçirdiyi mətbuat konfransında bildirib ki, 12 Avropa ölkəsindən olan 35 parlamentar və ekspert Avropa Seçkilərin Müşahidə Akademiyası beynəlxalq qeyri-hökuməti təşkilatının nümayəndəsi qismində referendumu müşahidə edib.

 O deyib ki, referendum səsvermənin azad və ədalətli keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən təşkil edilib: “Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Müşahidəçilər Bakıda və ətrafda 20 dairə üzrə müşahidə aparıb. Seçkilər dinc keçirilib və səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş təşkil olunub. Polis və yerli icra nümayəndələrinin müdaxiləsi baş verməyib. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada keçirilib, müşahidə kameraları səsvermənin onlayn izlənməsinə şərait yaradıb. Ümumilikdə səsvermə beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb. Bir neçə seçki məntəqəsində cüzi texniki problemlər olsa da, bu, səsverməyə təsir göstərməyib. Səsvermədə xeyli sayda yerli müşahidə iştirak edib. Səslərin sayılması azad və şəffaf həyata keçirilib”.
 
A. Farrugia bəyan edib ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə dəstəyini açıq-aydın nümayiş etdirib: “Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçilər tərəfindən ifadə olunub”.
 
Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi, beynəlxalq iqtisadi-maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan Konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir.
 
Sonda müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa çağırıb. Onlar bütün beynəlxalq təşkilatları Azərbaycan hakimiyyəti və MSK ilə konstruktiv dialoqu davam etdirməyə səsləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar