Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Referendumdan sonra aparılacaq islahatlar əsasən hansı sahələri əhatə edə bilər?

Elxan Şahinoğlu: “İndiki Nazirlər Kabineti bu islahatları yerində yetirmək iqtidarında deyil”


Sülhəddin Əkbər: “Mən mövcud hakimiyyətdən hər hansı demokratik istiqamətdə islahatların aparılmasını gözləmirəm”.

Gələn həftə Konstitusiyaya dəyişikliklər üçün keçiriləck referendumdan sonra prezidentin təklif etdiyi dəyişikliklər Azərbaycan xalqı tərəfindən təsdiq olunarsa, ölkənin idarəçilik sistemində ciddi dəyişikliklər, islahatların həyata keçiriləcəyi, bunun bir konstitusiya tələbi olaraq reallaşdırılacağı gözlənilir Ən ciddi dəyişikliyin Nazirlər Kabineti ilə bağlı olacağı artıq xeyli vaxtdır müzakirə mövzusudur. Çünki Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var.

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu və Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbərə müraciət edib.



Elxan Şahinoğlu: “Aparılacaq bu islahatlar ola bilsin ki, hakimiyyət içində müəyyən münaqişəli hallara gətirib çıxaracaq”.


Politoloaq Elxan Şahinoğlu mövzu ilə bağlı PİA.AZ-a açıqlamasında bildirib ki, ölkənin gəlir imkanlarını artırmaq qarşıya hədəf kimi qoyulubsa, demək iqtisadi və sosial yönümdə ciddi islahatlar aparılmalıdır. Bu islahatlarsız Azərbaycanın inkişafa nail olmaq olmayacaq:

“Biz qeyri neft dövrünə daxil oluruq və artıq Azərbaycanın gəlirləri də azalır. Yaxın 3-4 ildə Azərbaycan iqtisadiyyatı üçün müəyyən qədər mürəkkəb dövr olacaq. Görünən də budur ki, dövlət başçısı da islahatları sürətləndirmək istəyir. Yəni prezident qeyr-neft sektorunu iqtisadiyyatın başqa sahələri ilə əvəz etmək istəyir, amma bu işləri həyata keçirmək üçün ciddi islahat proqramı, ciddi komanda lazımdır. İndiki Nazirlər Kabineti bu islahatları yerində yetirmək iqtidarında deyil. Çünki indiki Nazirlər Kabineti böyük bir bürokratik aparata çevrilib. 

Mən düşünürəm ki, prezident konistitusiya dəyişikliyindən sonra tələb olunan islahatları yəqin ki, vitse-prezidentlərə taşıracaq və islahatlar əsasən prezident admistrasiyasından idarə olunacaq. Yəni belə nəticəyə gəlmək olar ki, bir qayda olaraq təkrarlanan bürokratik aparat ixtisar olunacaq. Bu aparılacaq islahatların uğur qazanıb qazanmayacağını  də biz gələcək 2-3 ildə şahidi olacağıq. 

Amma təlabat və zərurət ondan ibarətdir ki, büdcəni doldurmaq lazımdır. Çünki neft pulları getdikcə azalır və infilyasiya dərinləşə bilər. Buna görə islahatlar genişlənməlidir. İslahatların genişlənməsi ola bilsin müəyyən konflikt sitiuasiyalara gətirib çıxarsın. Məsələn konistitusiyada bir maddə var – “Torpaqların yenidən geriyə alınması”-ı maddəsi. Bu maddədə əks olunan torpaqlar bir çoxu obyektiv və subyektiv səbəblərdən istifadə olunmur. Hətta bəzi nazir və oliqarxların da nəzarət etdiyi torpaq sahələri da var. Aparılacaq islahatlarda bu torpaqların da geri alınnmasını nəzərdə tutulub. Yəni aparılacaq islahatlar ola bilsin ki, hakimiyyət içində müəyyən münaqişəli hallara gətirib çıxaracaq. Amma artıq başqa alternativ də yoxdur. Çünki ölkənin gəlir imkanlarını artırmaq qarşıya hədəf kimi qoyulubsa, demək iqtisadi və sosial yönümdə ciddi islahatlar aparılmalıdır. Bu islahatlarsız Azərbaycanın inkişafa nail olmaq olmayacaq”.



Sülhəddin Əkbər: “Ölkəni irəli apamaq üçün ölkədə hər sahədə geniş və dərin köklü demokratik islahatlara ehtiyac var”.


Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər  isə mövzu ilə bağlı bildirib ki, Azərbaycan hakimiyyətinin demokratik islahatlara hazır olduğun düşünmür:

“Mən mövcud hakimiyyətdən hər hansı demokratik istiqamətdə islahatların aparılmasını gözləmirəm. Hər hansı dəyişiklik, (siz adına islahat desəniz də), ölkəni irəli apara bilməz. Ölkəni irəli apamaq üçün ölkədə hər sahədə geniş və dərin köklü demokratik islahatlara ehtiyyac var. Amma mən düşünmürəm ki, Azərbaycan hakimiyyəti demokratik islahatlara hazırdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar