Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regionu qarışdıracaq “kürd zəlzələsi”


Zaur İbrahimli: “XXI əsrdə dünyanın siyasi xəritəsinin dəyişməsinin daha bir nümunəsini görəcəyik”


İran sentyabr ayında İraqın Şimalında yerləşən Kürd Muxtar Respublikasında müstəqilliyə dair keçiriləcək referenduma etiraz edib.

Bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumunun ölkə və region üçün faciəvi fəsadlarının olacağını deyib.“Hesab edirik ki, referendum düzgün seçim deyil.Referendum təkcə bölgənin kürd əhalisinə toxunmayacaq. Fikrimcə, bunun İraqın və bütövlükdə regionun təhlükəsizliyinə faciəvi təsiri olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb.Muxtariyyətin hakimiyyət orqanları sentyabr ayının 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.

“Kürdüstan” layihəsi bölgə dövlətlərinə nə vəd edir?

İranın bu referendumdan keçirdiyi narahatlıq başadüşüləndir.Çünki Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliyi İranla yanaşı, maraqlarının olduğu Suriyanın da parçalanmasına yol aça bilər.Suriyada gedən döyüşlərin ana xəttində də “Böyük Kürdüstan” planının dayandığı heç kəsə sirr deyil.Əgər Şimali İraqdakı kürdlər öz müstəqilliklərini elan etsələr, növbəti mərhələdə Şimali Suriyanın bu bölgəyə birləşdirilməsi uğrunda növbəti proseslər başlayacaq.Əlbəttə, İranı narahat edən bu deyil.İrana görə, İsrail, ABŞ və Qərbdən olan digər siyasi güclərin dəstəklədiyi “Kürdüstan” planının icrası İran ərazilərinin yaranacaq yeni dövlətə birləşdirilməsinədək icra olunacaq. Türkiyənin Cənub-şərq bölgələri də bu plan üçün nəzərdə tutulub. Üstəgəl, zaman-zaman Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin də “Kürdüstan”a birləşdiriləcəyi ehtimallı gündəmə gəlir.Başqa sözlə, “Kürdüstan” Yaxın Şərq, Türkiyə və bu bölgəyə yaxın yerləşən ölkələri bölməyi nəzərdə tutan plandır.

“Dünya düzəni dəyişəcək”



Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə bildirib ki, bu referendum region üçün zəlzələ effekti verəcək. Politoloq qeyd edib ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra XXI əsrdə dünyanın siyasi xəritəsinin dəyişməsinin daha bir nümunəsini görəcəyik: “Bu isə artıq dünyada yeni reallıq, yeni geosiyasi konfiqurasiyanın, oyun qaydalarının bərqərar olmasını bir daha təsdiqləyən fakt olacaq. Bu çox təhlükəli presedentdir.Bu yalnız Yaxın Şərq üçün deyil, bütün dünya miqyasında II Dünya Müharibəsindən sonra bərqərar olmuş qlobal düzəninin, prinsiplərini, yanaşmaların konkret geosiyasi layihələr çərçivəsində dəyişməsi deməkdir.Bu cür addımlar qlobal sabitliyə təhdidlər və təhlükələr yaradır.Söhbət burada heç kürd xalqının müstəqil dövlət qurmasından da getmir.Əsas məsələ bunun necə baş verməsi, hansı geosiyasi layihə və layihələr sxemində baş tutmasıdır.İraq Kürdüstanında baş tutacaq referendumun nəticələri şübhə doğurmur.Şübhəsiz ki, refrendumda İraq Kürdüstanın müstəqiliyi lehinə qərar veriləcək.Beləliklə, İraqın şiə, sünni və kürdlərin məskunlaşdığı 3 hissəyə bölünməsi planına əməli olaraq start veriləcək. Bu isə 10 il əvvəl ABŞ strateqlərinin anonsunu verdikləri planların, 2003-cü ildə ilk dəfə rəsmi olaraq səslənən “Böyük Yaxın Şərq” layihəsinin ilk mərhələsinin yekunlaşması deməkdir”.

“Üçüncü Dünya Müharibəsinə sürüklənirik”

Zaur İbrahimli qeyd edib ki, 2011-ci ildən, “Ərəb baharı” ilə başlayan proseslə Yaxın Şərqin əhəmiyyətli şəkildə format olunmasının şahidi oluruq: “Bu cür geosiyasi layihələr dünyada nüfuz savaşının, maraq bölgələri uğrunda rəqabətin yeni mərhələsinin başladığını bir daha təsdiqləyir. Bu addımlar dünyada inamsızlıq, rəqabət, qarşıdurmanı gücləndirir.Yaxın Şərq regionu ölkələri özlərini təhdid altında görürlər.Silahlanma yarışı yeni vüsət alır.

“Güclülər hər zaman haqlıdırlar!” prinsipinin yenidən əsas strateji yanaşma kimi götürüldüyünü göstərir.XXI əsrin əsas dəyərləri kimi bəyan edilən dayanıqlı inkişaf, qlobal sülh, dinc birgəyaşıyış kimi ideyalara inamı sarsıldır və yenidən bəşəriyyəti Üçüncü Dünya Müharibəsinə sürükləyir. Artıq 3 il ərzində iki dövlətin Ukrayna və İraqın sərhədləri dəyişir və bu qlobal geosiyasi rəqabətin nəticəsi kimi meydana çıxır. Növbəti qurban ölkə hansı olacaq?Elə bu sualın meydana çıxmasının və tez-tez səslənməsinin özü dünyanın hansı təhlükəli vəziyyətdə olmasını sərgiləyir”. (cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar