Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisin oğlu “Porsche” ilə piyadanın üstündən keçdi


Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb


Piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub.

Qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

Bildirilir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

“Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Qeyd edək ki, ilkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar