"Sosial reklamların Avropa Oyunları ilə əlaqəsi yoxdur"
Bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayev sosial reklamların yığışdırılmadığını söyləyib: “Sadəcə, daha sonra ticari reklamlar yerləşdirilməyə başladı və sayları da günbəgün artır. Ola bilsin kiməsə elə gəlir ki, sosial reklamlar azalıb.
Əslində, qətiyyən azalmayıb. Ticari reklamlar üçün ayrıca reklam lövhələri quraşdırılır. Reklamlardan gəlir birbaşa Metropolitenə gəlir. Reklamverən müəssisə birbaşa, heç bir vasitəçi olmadan Metropolitenlə müqavilə bağlayır”. (axar.az)
pia.az