Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rektor Şəmsəddin Hacıyevin daha bir adamın “vurdu”


Universitetdə qarşıdurma pik nöqtəyə çatıb


Şəmsəddin Hacıyevin qızını uzaqlaşdırlması durumu daha da gərginləşdirib; Yaşlı professorlar işdən azad olunmalarını qəbul etmək istəmir

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, deputat Şəmsəddin Hacıyevin 29 saylı Səbail seçki dairəsindən YAP-ın vahid namizədi kimi qeyddə alınması, vaxtı ilə rektoru olduğu universitetdə tərəfdarlarının toparlanmasına səbəb olub.

PİA.AZ xəbər verir ki, bu barədə «Reytinq»ə İqtisad Universitetinin müəllimlərindən biri məlumat verib. Onun sözlərinə görə, Şəmsəddin Hacıyevin yenidən deputat imkanının böyük olması universitetdəki tərəfdarlarını hərəkətə gətirib:

«Artıq elə bir vəziyyət yaranıb ki, Şəmsəddin Hacıyevin qardaşının qudası Müzəffər Məmmədov, Həsən İsrafilov, keçmiş köməkçisi Zəfər Bayramov, bu yaxınlarda Elm və innovasiyalar üzrə prorektor vəzifəsindən çıxarılan Əvəz Bayramov və digərlərinin seçkidən sonra etiraz dalğasına start verəcəkləri söhbətləri güclənməyə başlayıb. Etiraf etmək lazımdır ki, onları ən çox narazı salan məqam hazırkı rektor Ədalət Muradovun adıçəkilənləri vəzifələrindən azad etməsi və bu günədək heç bir şərait yaratmamasıdır. Halbuki, Şəmsəddin Hacıyevin dövründə birdən-birə önəmli vəzifələrə təyinat alan bu şəxslər qısa zaman ərzində böyük sərvətə sahib olmaqla yanaşı, barələrində çox ciddi ittihamlar var. Ədalət Muradov da bunu əsas götürərək, ilk əmriylə onları işdən azad etdi. Əvəz Bayramov isə Ş.Hacıyev YAP Səbail rayon təşkilatına sədr seçilməsindən sonra təxminən bir ay işə çıxmamaqla rektora güc göstərmək və onu özüylə hesablaşdırmaq istədi. Ancaq Şəmsəddin Hacıyevin dəstəyi ilə güc nümayişi özünə baha başa gəldi. Təxminən 1 ay əvvəl Ədalət Muradov nəinki onu prorektorluqdan uzaqlaşdırdı, hətta universitetin Elmi Şurası və digər vəzifələrindən də çıxardı».

Əvəz Bayramovun da digərləri kimi, Ş.Hacıyein dövründə yüksəldiyini, hətta onun AzDİU-da fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasının sədr müavini, Böyük Elmi Şuranın üzvü, AzDİU Elmi-Metodiki Şurasının sədr müavini vəzifələrinə təyinat aldığını da deyən müsahibimizin sözlərinə görə, keçmiş prorektor da xidmətləri ilə öz aləmində guya bunun əvəzini çıxmağa çalışıb: «İş o yerə çatmışdı ki, Əvəz Bayramov içində nə yazıldığı bilmədiyi iki kitabında Şəmsəddin Hacıyevi "həmmüəllif” kimi göstərib. Bu kitablar «Dünya iqtisadiyyatının tarixi» və «Beynəlxalq iqtisadiyyat» dərslikləridir”.



Ədalət Muradovun Əvəz Bayramovu «vurmaq»la Şəmsəddin Hacıyevə son xəbərdarlığını elədiyini iddia edən mənbə deyir ki, keçmiş rektora Həsən, Müzəffər, Zəfər və ya digər tərəfdarlarının "vurulması”ndan daha çox təsir edən faktorlar var: 

"Deyərdim ki, Şəmsəddin Hacıyevə özünün rəhbərlik etdiyi kafedrasının iki yerə ayrılaraq, əsas korpusdan çıxarılması və digər aşağılanmalardan daha çox, qızı Çeşmi Hacıyeva ilə bağlı atılan radikal addımlar oldu. Bəli, Ədalət Muradov Çeşmi Hacıyevanı "İstedadlar qrupu”ndan, hətta Elmi Şura üzvlüyündən də uzaqlaşdırdı. Yeganə övladına qarşı yeni rəhbərliyin bu addımı isə deputata həddən artıq pis təsir göstərib. Hətta buna görə onun bir çox yüksək çinli məmurlara şikayətləndiyi də faktdır. Bunu onun tərəfdarları, yuxarıda adıçəkilənlər də söhbətlərində gizlətmirlər. Və bildirirlər ki, Hacıyev növbəti 5 il müddətinə deputat seçilib, toxunulmazllıq hüququ əldə etdikdən sonra Ədalət Muradov bunlara cavab verəcək...».

Mənbə bildirir ki, hazırda təcrübəli və yaşlı professorları yeni rektora qarşı «qiyam» qaldırmaq istəyirlər:

«Elə buna görə də Ədalət Muradov 10 gün əvvəl növbəti əmr verərək, yaşı 70-i ötmüş bütün professorların inzibati vəzifə tutmasını qadağan elədi. Bununla da həmin profesorlar vəzifələrini itirmək zoru ilə üzləşiblər. Şəmsəddin Haıcyev və tərəfdarları isə bu faktdan yararlanaraq, onları öz ətraflarında səfərbər etməyə çalışırlar. Ədalət Muradov isə gözlənilən etirazın qarşısını almaq üçün həmin professorlara «məsləhətçi-professor» ştatı yaradıb, həmin vəzifədə işləmək təklif edib. Ancaq elə professorlar var ki, kafedra müdiri və digər tutduğu vəzifəni qorumaq üçün gərəkirsə universitetdə intihar olayı yaradacaqlarını bəyan ediblər. Sözsüz ki, hadisələrin bu cür kəskin xətlə qızışmasında maraqlı qüvvələrin də ciddi rolu var. Hələlik proseslərin hansı tərəfin marağına cavab verəcəyi tərzdə gedəcəyini demək çətindir. Bunu zaman göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar